Rusiyanın “Mir 24” telekanalında canlı efir zamanı gözlənilməz hadisə yaşanıb.
Axşam.az-ın rus mətbuatına istinadən məlumatına görə, aparıcı xəbərləri oxuduğu zaman stolun altında it hürməyə başlayıb.
Özünü itirən aparıcı vəziyyətdən çıxmaq üçün hadisəni zarafata çevirərək deyib:
“Burada it var, mən onunla nə edəcəyimi bilmirəm. Axı mən pişikləri sevirəm”.
O, iti sığallayaraq proqrama davam edib.