Müğənni Vera Brejneva qızı ilə yunan adalarına yollanıb.
Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, ifaçı 7 yaşlı Sara ilə Krit adalarında istirahət edib. O, səyahətdən fotoları İnstaqramda paylaşıb. Vera eyni zamanda adada iki konsert verəcək.