Meksikanın Verakrus ştatında “Pemex” neft şirkətinə məxsus zavodda baş verən partlayış nəticəsində yaralananların sayı 105 nəfərə çatıb, 3 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə cümə axşamı ştat rəhbəri Xavyer Duarte öz “twitter” mikrobloqunda yazıb.
Onun sözlərinə görə, bütün yaralılar xəstəxanaya yerləşdirilib, onların 58 nəfəri müəssisənin əməkdaşlarıdırlar.