5cbb92f1139a417daf197decef68d2ea

Müğənni Elçin Cəfərov toyundan danışıb. Axşam.az  xəbər verir ki, müğənni məclisin mediaya qapalı olacağını deyib:

“Media buraxılmayacaq. Amma toydan fotoları özüm yayacam. Müğənniyəm, şəklimin yayılması təbii haldır. Normal şəkildə buna pis baxmıram. Sadəcə, sosial şəbəkədə yayılanda, altından xoşagəlməz şərhlər yazılır. Buna görə də bütün müğənnilər toylarından foto yaymağa çəkinirlər”.

Qeyd edək ki, E.Cəfərov keçmiş millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının qızı ilə ailə qurur. Bir müddət əvvəl nişanlanan cütlüyün toyu aprelin 25-də “Meridian Park”da baş tutacaq.

Загрузка...