Загрузка...

images_dogus xestexana gh

Azərbaycanda doğuşdan sonra körpə ölümü baş verib.

APA-nın xəbərinə görə, hadisə Ucar rayonunda qeydə alınıb.

Rayon sakini, 1985-ci il təvəllüdlü Dilarə Mehdiyeva Ucar Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə qız övladı dünyaya gətirib.

Körpə əməliyyatdan bir neçə saat sonra xəstəxanada ölüb.

D. Mehdiyeva Ucar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirlib ki, faktla bağlı nazirliyin Doğuşayardım Komissiyası tərəfindən araşdırma aparılır.