62355cc8a

Gəncə şəhərində erməni kəşfiyyatçının apellyasiya şikayəti üzrə məhkəmədə Baqdasaryan Arsen Eduardoviç hakimdən aman diləyib.

Hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən Baqdasaryan Azərbaycan vətəndaşı olduğunu, əməlindən peşman olduğunu deyib.

“Mən Qarabağda doğulmuşam. Azərbaycan vətəndaşıyam. Etdiyim cinayətdən çox peşmanam. Sizdən mərhəmət gözləyirəm. Azərbaycan vətəndaşı olduğuma görə istəyirəm ki, humanistlik edib cəzamı azaldasınız”, – deyə A. Baqdasaryan bildirib.

Qeyd edək ki, A.Baqdasaryan 1994-cü il aprelin 23-də Azərbaycanın Xankəndi şəhərində anadan olub. O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Cəzanın onun saxlanıldığı gündən, ötən il dekabrın 26-dan hesablanacağı bildirilib.

Məhkəmənin hökmü ilə Arsen Baqdasaryan məhkəmə xərclərini (665 manat 45 qəpik) ödəməkdən azad olunub.
(Ans)

Загрузка...