Tovuz rayonunda 20 yaşlı qız cinsi təcavüzə məruz qalıb. Bu günlərdə Əyyublu kənd sakini olan, 20 yaşlı G.N 4 nəfər həmkəndlisi tərəfindən zorlanması ilə bağlı Tovuz rayon Polis Şöbəsinə müraciət edib.
Dərhal müraciət əsasında araşdırmalara başlanılıb və yaşı 20-25 arası olan həmin 4 nəfər saxlanılaraq şöbəyə gətirilib. Fakta görə cinayət işi açılıb və həmin şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün rayon məhkəməsinə göndərilib. Tovuz rayon Məhkəməsi gənc qızı zorlamaqda şübhəli bilinən şəxslər barəsində həbs qərarı çıxarmayıb və onların polis nəzarətində olmasını məqbul sayıb.
Qızı zorlayanlar onun həmkəndliləridir
Baş Prokurorluq Tovuzda gənc qızı zorlayanların həbs edilməsi ilə bağlı məlumat yayıb.
Prokurorluqdan daxil olan məlumatda bildirilir ki, Tovuz rayon Polis Şöbəsində istintaqı aparılan cinayət işi üzrə Kamal Məmmədov və Elməddin Niyazov Cinayət Məcəlləsinin 150.2.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri), Mürsəl Kərimov isə Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla martın 30-da barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Lent.az