SOCAR yeni Neft-Kimya Kompleksi (OGPC) layihəsinin reallaşdırılması çərçivəsində Azərbaycan Mərkəzi Bankından kredit cəlb etmək niyyətindədir.
Trend-in xəbərinə görə, bunu jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev “Neftqaztikinti” trestinin yeni inzibati binasının açılışı zamanı deyib. Onun sözlərinə görə, SOCAR təxminən 1 milyard manat həcmində kredit cəlb etmək niyyətindədir: “Kredit OGPC layihəsinin birinci mərhələsinin reallaşdırılması üçün alınacaq. Biz ödəmə müddətinin beş il artırılması ilə 10 il müddətinə təxminən 1 milyard dollar kredit götürmək niyyətindəyik”.