img1696834

Bolqarıstanın Varna şəhərində peyda olan yaşıl rəngli pişik görənlərin təəccübünə səbəb olub.

Axar.az xarici saytlara istinadən xəbər verir ki, ilk dəfə yaşıl rəngli pişik görən sakinlər heyvana “radioaktiv” adı veriblər. Hələlik sahibinin olub-olmadığını bilinməyən pişiyin rənginin niyə belə olması isə hamının təəccübünə səbəb olub.

Heyvansevərlərin əvvəlcə pişiyi kimlərinsə boyadığını düşünərək bununla bağlı sərt addımlar atmaq fikrinə düşüblər. Hətta bununla əlaqədar sosial şəbəkələrdə və mediada kampaniya da başladıblar. Ancaq sonradan pişiyin normal rənginə dönmədiyini görənlər bunu araşdırmaq qərarına gəlib.

Araşdırmadan sonra məlum olub ki, yaşıl pişik doğulduğu gündən davamlı olaraq eyni yerdə – rəng anbarında yatdığı üçün bu hala düşüb. Uzun müddətdir ki, eyni yerdə yatan pişik normal rəngini dəyişərək yaşıl olub.

Загрузка...