İlham_Ma_mm_adov1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq müdiri – eks mətbuat katibi İlham Məmmədov nəhayət yeni vəzifəyə təyinat alıb.
Modern.az saytının xəbərinə görə, İlham Məmmədov Veysəloğlu Şirkətlər Qrupunda İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub.
Xəbəri İlham Məmmədovun özü də təqsdiqləyib. O, şirkətdə yenicə işə başladığını söyləyib.

Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanda ən böyük distribyüter şirkətidir.  Dünyanın 100-dən artıq fabrikinin məhsullarının Azərbaycanda dağıtımını təşkil edir.

Qeyd edək ki, İlham Məmmədov 2007-2008-ci illərdə “Yeni İqtisadiyyat” jurnalında informasiya şöbəsinin müdiri və “Ekspert” jurnalinda analitik kimi çalışıb. 2000-2010 illər ərzində “Azadinform” İnformasiya Agentliyinin İqtisadiyyat şöbəsinin müdiri kimi fəaliyyətini davam etdirib.
2010-2011-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ümumi şöbəsində məsləhətçi, 2011-2012-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində şöbə müdirinin müavini və ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində fəaliyyət göstərib. 
2012-ci ildən 2014-cü il yanvarın 14-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində şöbə müdiri vəzifəsində fəaliyyətimi davam etdirib.

İlham Məmmədov media ilə ən yaxşı işləyən mətbuat katiblərindən biri olub…