Azərbaycanda ilk dəfə olaraq insan alverinə qarşı mübarizəyə həsr olunmuş videoçarx geniş internet istifadəçilərin ixtiyarına verildi
Azərbaycanda ilk dəfə olaraq insan alverinə qarşı mübarizəyə həsr olunmuş videoçarx hazırlandı.
ANS PRESS-in məlumatına görə, insan alveri ilə bağlı əhalinin məlumatlandırılmasını nəzərdə tutan sosial çarx “Təmiz dünya” qadınlara yardım ictimai birliyi tərəfindən 2009-cu ildə hazırlanıb.
“Təmiz dünya” İB-nin sədri Mehriban Zeynalova sosial layihənin Azərbaycan Respublikası prezidenti yanında qeyri hökumət təşkilatlarına dövlət dəstəyi şurası tərəfindən maliyyələşdiyini bildirdi: “Bu sosial çarxlarda biz insan alverinin formalarını, o cümlədən insan alveri ilə üzləşmək təhlükəsizliyi ilə bağlı xəbərdarlığı nəzərdə tutub. Digər bir maraqlı layihə isə həmin Fondun maliyə dəstəyi ilə “Günahsız günahkarla” filmi idi ki, burada real hadisələrə istinadən film cəkilmişdi. Film bir necə müsabiqələrdə təqdim edilidi.”