ABŞ-ın ən məşhur plastik cərrahlarından biri, deyəsən, “Ən yaxşı hədiyyə öz əllərinlə hazırladığın hədiyyədir” ifadəsini reallaşdırmaq qərarına gəlib.
O, iki qızının vücudlarında dəyişikliklər edib, onların qarınlarında, sinələrində əməliyyatlar aparıb, habelə rinoplastikaya əl atıb və övladlarının bədənlərinə botoks vurub.
Kaliforniya ştatındakı Orinc şəhərində yaşayan ailə indi özünü “ideal” sayır, çünki cərrah atanın dediklərinə görə, qızlarının bədənlərindəki bütün qüsurları və nöqsanları aradan qaldırıb.
Plastik cərrah Maykl Nikolun dediyinə görə, kiçik qızı Şarmın bədəninin qüsurlu olduğu ilk dəfə onun qarnının “böyük”luyünü sezəndə anlayıb.
Ata qızını cərrahiyyə masasına yatırdıb və Şarmın 9 yaşı olmasına rəğmən, onun qarnının ölçüsünü kiçildib.
Daha sonra ata 18 yaşlı qızı Brittaninin sinəsinə silikon implantatlar qoyub.
Üç il sonra isə Brittaninin qaşlarının ölçüsü kiçildilib: o, rinoplastika əməliyyatına məruz qalıb.
“Sinəmin ölçüləri balaca idi. Mən isə daha erotik görünmək istəyirdim. 15 yaşımda ilk dəfə atama dedim ki, sinəmi böyütmək istəyirəm. 18 yaşımın tamam olmasını gözləmək məcburiyyətində qaldığımı bilsəm də, daim şikayətlənirdim. Orta məktəbi başa vurduğum gün atam dedi ki, bir həftə sonra məni əməliyyat edəcək. Elə həyəcanlandım ki! İndi anlayıram ki, plastik cərrahiyyə əladır! Sinəmi sevirəm”, – hazırda 25 yaşı olan vizajist Brittani deyir.
Bu il sinəsinin ölçülərini böyütmüş 25 yaşlı Şarm da atsından razıdır.
“Atam əladır, hamıdan yaxşıdır! Yaşadığımız Orinc şəhərində plastik cərrahiyyə gündəlik həyatın normal hissəsidir. İndi ideal sinəm var. Dostlarım deyirlər ki, super görünürəm”, – Şarm söyləyib.
Qızların anasının dediyinə görə, övladlarının plastik cərrahiyyə əməliyyatları keçirməsini bəyənməsə də, sonucda ərinin “əla işi” onun fikrini dəyişib.
“Qızlarım gözəllikdə böyüyüblər. Evim, maşınlarım gözəldir, dostlarımın da hamısı plastik cərrahiyyə əməliyyatları keçiriblər. Qızlarıma yardım etməyə həmişə hazıram”, – Maykl Nikol söyləyib.