Nyu-Yorkda 30 il əvvəl itkin düşən Coan Nikolsun skleti evinin divarında tapılıb.
CNN-in məlumatına görə, məhkəmə tibbi ekspertizası skletin 30 il əvvəl itkin düşən müəllimə aid olduğunu bildirib.
Skleti boş evi satışa çıxarmağa hazırlaşan iş adamı aşkarlayıb. Cəsəd evin zirzəmisinin divarında gizlədilib. Qadının əlləri bağlı olub, kəllə sümüyündə zidə əlamətləri görünüb. Buna əsasən ekspertiza qadını başına vurulan zərbədən öldüyünü güman edir.
Evi qadının 82 yaşlı əri Ceyms Nikolsun ölümündən sonra yerli orqanların mülkiyyətinə verilib. Qadının əri tərəfindən qətlə yetirildiyi güman edilir. Beləliklə o, ölümündən sonra qətldə ittiham olunub.
Ceyms Nikols xanımının itkin düşməsi barədə polisə 1985-ci məlumat verib. Xanımının başqa kişi ilə qaçdığını təxmin edən kişi bu ifadəsi ilə polisin diqqətindən yayına bilib.