Türkiyədəki narkotik əməliyyatları çərçivəsində axtarışa verilənlərdən birinin sosial media fenomeni Şeyma Subaşı olduğu ortaya çıxıb.
İstintaqa cəlb edilənlər arasında ondan başqa kimi Cihan Şensözlü, Şevval Şahin və Mert Vidinli simalar da var. Onlar barəsində saxlanılma qərarı çıxarılıb.
Hazırda istintaq davam edir və şübhəlilərin saxlanılması stiqamətində işlər görülür.
Məlumat üçün bildirək ki, Şeyma Subaşı məşhur iş adamı Acun Ilıcalının keçmiş həyat yoldaşıdır. Cütlüyün Melisa adlı bir qızı var.