Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizovun əmri ilə universitetin əməkdaşları qarşıdan gələn bayramlarla əlaqədar pul mükafatı alıblar.
Musavat.com xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" səhifəsi məlumat yayıb.
Məlumata görə, onlara 1000 AZN məbləğində mükafat verilib.
Yayılan məlumatı Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən Milli.Az-a təsdiqləyiblər.
Qeyd olunub ki, mükafat universitetdə çalışan bütün işçi heyəti əhatə edir.