Medianews.az
Rusiyanın "Varşavyanka" sualtı qayığının vurulması -
152 baxış

Rusiyanın "Varşavyanka" sualtı qayığının vurulması - Tarixdə ilk hadisədir

Ukrayna kəşfiyyat strukturlarının birgə əməliyyatı nəticəsində Novorossiysk limanında Rusiya Hərbi Dəniz Donanmasına məxsus sualtı qayıq partladılıb.

“636.3 Varşavyanka” layihəli dizel-elektrik mühərrikli sualtı qayıq "Sub Sea Baby" sualtı dronu ilə vurulub.

Politoloq Şahin Cəfərli Medianews.az-a açıqlamasında deyib ki, bu, tarixdə ilk belə hadisədir: “Bu layihəyə sovet dövründə, 1970-ci illərdə başlanıb və əsasən Varşava Müqaviləsi Təşkilatı ölkələrinə göndərmək üçün nəzərdə tutulduğundan "Varşavyanka" adı verilib. Eni 10 metr, uzunluğu 74 metr olan bu tip sualtı qayıqlar 300 metrə qədər dərinlikdə 45 sutka avtonom hərəkət edə bilir. İçərisində "Kalibr" qanadlı raketləri üçün 4 buraxıcı qurğu var. Bundan başqa, sualtı qayıq torpedolar və minalarla silahlanıb.

Ukrayna ordusu bundan əvvəl daha bir "Varşavyanka" tipli sualtı qayığı məhv edib. 2024-cü ilin avqustunda Sevastopol buxtasında təmirə dayanmış "Rostov-na-Donu" adlı gəmi raket zərbələri ilə batırılıb”.

Medianews.az

Bizə qoşulun