Rusiyanın Novokuznetsk şəhərindəki doğum evində Yeni il tətilləri zamanı 9 körpə ölüb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, 1 uşaq yanvarın ilk günündə, 3-ü yanvarın 8-də, daha ikisi yanvarın 11-də ölüb. Sonrakı günlərdə ölümlər 9-a qalxıb.
Körpələrin ölümünə səbəb doğum evində kəskin respiratorlu virus infeksiyalarının yayılma səviyyəsinin yüksəlməsi göstərilib.
Hazırda doğum evi karantinə bağlanıb.
Rusiya İstintaq Komitəsi faktla bağlı araşdırmalara başlayıb.