Medianews.az
Bel ağrısı xərçəngin bu növünə
73 baxış

Bel ağrısı xərçəngin bu növünə işarə edə bilər

Xərçəngin qarşısının alınması təşkilatının nümayəndəsi Xizer Arçbold xəbərdarlıq edib ki, əksər hallarda bel ağrısı əzələ ilə əlaqəlidir, lakin nadir hallarda bu, mədəaltı vəzi xərçənginə işarə edə bilər.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssis izah edib ki, mədəaltı vəzi xərçəngi ağrısı adətən qarın və bel nahiyəsində hiss olunur.

O, ağrının nadir hallarda mədəaltı vəzi xərçənginin yeganə simptomu olduğunu vurğulayıb. İnsan həmçinin izah olunmayan çəki itkisi, sarılıq və daimi yorğunluq hiss edə bilər. Arçbold həmçinin qəfil başlayan diabet və nəcis, sidik rəngindəki dəyişiklikləri xəstəliyin simptomları kimi qeyd edib.

Arçbold vurğulayıb ki, ağrının və digər açıq simptomların başlaması adətən xərçəngin inkişaf etmiş mərhələdə olduğunu göstərir. Xəstəliyi erkən mərhələdə aşkar etmək üçün o, heç bir simptom olmasa belə, müntəzəm müayinələrdən keçməyi tövsiyə edib.

Medianews.az

Bizə qoşulun