ABŞ-də vaşaq ev itinin boynunu sındırıb.
Medianews.az xəbər verir ki, hadisə 29 noyabrda, Texas ştatının Frisko şəhərində baş verib.
İtin sahibi Melissa Klark bildirib ki, iti həyətə buraxıb və onun dələ ovlamağa qaçdığını düşünüb. Qonşusu itin vaşaq tərəfindən aparaldığını bildirib.
Klark qonşusunun göstərdiyi istiqamətə qaçıb və ağacda bir vaşaq gördüb. İti kolların arasında uzanmış vəziyyətdə tapıb və təcili olaraq baytarları çağırıb.
Vaşaq itin boynunu sındırmışdı və itə kömək etmək mümkün deyildi.
Klark bildirib ki, indi nəvələrini və digər itini həyətə buraxmaqdan qorxur, çünki vaşaqın onlara zərər verə biləcəyini bilir. Bundan əlavə, son aylarda Klark və qonşuları ərazidə ən azı üç vəhşi pişik görüblər.
Medianews.az