Dünyaca tanınmış amerikalı rejissor Rob Reyner və həyat yoldaşı Mişel Reyner evlərindəqətlə yetiriliblər.
Medianews.az xəbər verir ki, hadisə ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində baş verib.
Məlumata görə, hadisə yerinə xilasedicilər və hüquq mühafizə orqanları cəlb olunub. Evdə 78 yaşlı kişi və 68 yaşlı qadının cansız bədəni aşkarlanıb. Sonradan ölən şəxslərin Rob Reyner və həyat yoldaşı olduğu müəyyən edilib.
Polis cütlüyün bıçaqlanma nəticəsində həyatını itirdiyini bildirib.
Hadisə cinayət kimi araşdırılır. İstintaq çərçivəsində ailə üzvlərindən biri dindirilib.
Qeyd edək ki, Rob Reyner “Harry Sally ilə tanış olanda”, “Bir neçə yaxşı adam” və “Şahzadə gəlin” kimi məşhur filmlərin rejissoru kimi tanınır.
Medianews.az