"Uşaqlarımın tərbiyəsinə kifayət qədər vaxt sərf edə bilmirəm".
Medianews.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
"Uşaqlarıma daha çox vaxt ayırmalı, valideyn kimi daha fəal olmalıyam. Bunun məsuliyyətini anlayıram", - deyə o, söyləyib.
Qeyd edək ki, D. Peskovun beş övladı - üç oğlu və iki qızı var. O, 2012-ci ildən Rusiya Prezidentinin mətbuat katibi vəzifəsində çalışır.