Medianews.az
Kolumbiyada məktəb avtobusu dərəyə aşdı -
61 baxış

Kolumbiyada məktəb avtobusu dərəyə aşdı - 16 nəfər öldü

Kolumbiyada məktəb avtobusu qəzaya uğrayıb.

Qafqazinfo xəbər verir ki, orta məktəbin bir qrup məzununu daşıyan avtobus naməlum səbəbdən yoldan çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində 16 nəfər ölüb, 20 nəfər isə yaralanıb.

Hazırda müvafiq orqanlar qəzanın səbəbini müəyyən etmək üçün araşdırma aparır.

Bizə qoşulun