Medianews.az
Əli Kərimliyə sövqat
255 baxış

Əli Kərimliyə sövqat göndərilib

Hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanan AXCP sədri Əli Kərimlinin yaxınları bu gün ona göndərilən sovqatın təcridxananın buraxılış məntəqəsində qəbul edilmədiyi haqda xəbər yaymışdılar.

Medianews.az-ın məlumatına görə, bir qədər sonra yaxınlarının verdiyi növbəti açıqlamada Əli Kərimli üçün nəzərdə tutulmuş sovqatın qəbul edildiyi bildirilib.

Əli Kərimli noyabrın 29-da DTX-nin keçirdiyi əməliyyatla tutulub. Dekabrın 1-də Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 2 ay 15 günlük həbs qətimkan tədbiri seçilib.

AXCP sədri konstitusiyaya zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərdə (Cinayət Məcəlləsinin 278.1-ci maddəsi) təqsirləndirilir.

Əli Kərimli ilə eyni gündə tutulan və barəsində 2 ay 15 günlük həbs qətimkan tədbiri seçilən AXCP sədrinin müşaviri Məmməd İbrahimə də Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Hər iki şəxsin həbsi hakimiyyəti zorla ələ keçirmə cəhdində, dövlətə xəyanətdə və cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırmada (Cinayət Məcəlləsinin 278.1, 274 və 193-1.3.2-ci maddələri) təqsirləndirilən, oktyabrın 14-dən ev dustaqlığında olan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində başladılmış cinayət işinin istintaqı çərçivəsində həyata keçirilib.

Medianews.az

Bizə qoşulun