Medianews.az
Məşhur aktyor evində <span style=color:red>ölü halda tapıldı
153 baxış

Məşhur aktyor evində ölü halda tapıldı

Hollivud aktyoru Maykl Medsen dünyasını dəyişib. Bu barədə "NBC Los Angeles" nəşrinə istinadla xəbər verir. Bildirilir ki, Medsen Malibudakı evində ölü halda tapılıb. O, 68 yaşında vəfat edib. Aktyorun ölüm səbəbi barədə hələlik rəsmi açıqlama verilməyib. Medsenin meneceri Ron Smit deyib ki, o, ürək tutmasından vəfat edib. Qeyd edək ki, Medsen 170-dən çox filmdə çəkilib. O, "Quduz köpəklər", "Billi öldürmək 1-2", "Donni Brasko", "İyrənc səkkizlik", "Bir dəfə Hollivudda" kimi filmlərdə rol alıb./Oxu.Az

Bizə qoşulun