26.04.2025, 15:23
118 baxış
Lamiyə
Salyanda polkovnik xəstəxanaya baş həkim təyin edildi
Ağciyər Xəstəlikləri Mərkəzinin Salyan Regional Xəstəxanasına yeni baş həkim təyin edilib.
Medianews.az "Report"a istinadla xəbər verir ki, bu vəzifəyə 1967-ci il təvəllüdlü Əli Mirzəmməd oğlu Nuriyev təyin olunub.
Bundan əvvəl həmin vəzifədə Xanış Abbasov çalışıb.
Qeyd edək ki, ehtiyatda olan polkovnik Ə.Nuriyev uzun illər hərbi həkim işləyib.