Medianews.az
ATƏT-in baş katibinin türk olması Minsk qrupunun ləğvinə təkan verə bilərmi? – <span style=color:red>Politoloq
203 baxış

ATƏT-in baş katibinin türk olması Minsk qrupunun ləğvinə təkan verə bilərmi? – Politoloq

ATƏT-in baş katibi, türkiyəli diplomat Firudin Sinirlioğlu İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Məsələni Medianews.az-a şərh edən Elxan Şahinoğlu xatırladıb ki, iki ay əvvəl Firudin Sinirlioğlu Nikol Paşinyanla Münhen Təhlükəsizlik Konfransında da görüşmüşdü: “İrəvandakı görüşlərdə Ermənistanın ATƏT-lə əməkdaşlığı və Azərbaycanla aparılan danışıqların hazırki vəziyyəti müzakirə olunub”. E.Şahinoğlu bildirib ki, rəsmi İrəvan ATƏT-lə əməkdaşlığı davam etdirmək istəsə də, rəsmi Bakının belə bir istəyi yoxdur: “ATƏT 30 il ərzində Qarabağ münaqişəsini həll edə bilmədi, bu səbəbdən Azərbaycanda ən çox tənqid edilən təşkilat idi. Rəsmi Bakı İkinci Qarabağ müharibəsindən sonra ATƏT-in Minsk qrupunun ləğvinə çalışır. Buna baxmayaraq, ATƏT-in baş katibinin təcrübəli və Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğana yaxınlığı ilə tanınan diplomat olduğu nəzərə alsaq, rəsmi Bakı Firudin Sinirlioğlu ilə təmasdan imtina etməyəcək. Orası da aydındır ki, tutduğu vəzifəyə görə Firudin Sinirlioğlunun rəsmi Bakının “Minsk qrupu ləğv olunmalıdır” yanaşmasını dəstəkləməsi çətindir. Ancaq türkiyəli diplomat onu da anlayır ki, de-fakto mövcud olmayan Minsk qrupunun de-yure də ləğvi ümumi işin xeyrinədir. Bu sülh sazişinin imzalanması üçün iki əsas şərtdən birinin yerinə yetirilməsidir”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun