25.02.2025, 09:37
182 baxış
Lamiyə
İki ölkənin balıqçıları arasında DAVA: Ölən və çoxlu itkin düşən VAR
Efiopiyalı və keniyalı balıqçılar arasında böyük qarşıdurma baş verib.
Medianews.az xəbər verir ki, münaqişə zamanı 13 efiopiyalı ölüb, 3 nəfər yaralanıb, 22 keniyalı itkin düşüb.
Hadisə Efiopiya və Keniyanın sərhədində, Omo çayı yaxınlığında yerləşən Lopeymukat və Natira bölgələrində baş verib.
Keniyanın Turkana valisi Jeremiah Lomorukai qarşıdurmaların ötən şənbə günü axşam başladığını və 15 balıqçı qayığının oğurlandığını bildirib. Lomorukai, Efiopiyanın Dasenech etnik qrupuna aid 6 balıqçının xilas edilərək geri göndərildiyini açıqlayıb.
Keniyanın daxili işlər naziri Kipçumba Murkomen bölgəyə əlavə təhlükəsizlik qüvvələrinin göndərildiyini və Efiopiya ilə əlaqə yaradaraq iki tərəf arasında sülhün bərqərar olması üçün səy göstərdiklərini bildirib.
Medianews.az
Paylaş: