24.07.2024, 14:37
92 baxış
Azad
“Yatmış canavar” dörd il sonra OYANDI - VİDEO
Avropanın ən aktiv vulkanı olan Etna dörd ildən sonra yenidən aktivləşib.
Medianews.az haberler.com-a istinadən xəbər verir ki, kül və lava püskürməyə başlayan vulkan bölgədə insanların "Canavar oyandı" şərhinə səbəb olub və partlayışlardan sonra Kataniya hava limanında uçuşlar dayandırılıb.
Hava limanının sosial media hesabından edilən açıqlamada partlayış və əmələ gələn kül səbəbiylə bütün əməliyyatların dayandırıldığı bildirilib. Sərnişinlərdən uçuş məlumatlarını öyrənmək üçün aviaşirkətlə əlaqə saxlamaları xahiş olunub.
Açıqlamada uçuş-enmə zolağının yenidən açılması üçün lazımi işlərə başlanıldığı qeyd edilib.
Nailə QASIMOVA