08.07.2022, 10:46
94 baxış
TURAN
Lavrov G20 konfransını vaxtından əvvəl tərk edəcək
Rusiyanın XİN rəhbəri Sergey Lavrov G20 ölkələrinin xarici işlər nazirlərinin Bali adasında keçirilən konfransını vaxtından əvvəl tərk edəcək.
Medianews.az xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova açıqlayıb. O, bildirib ki, "Lavrov hələ ikitərəfli danışıqlar aparır, sonra o media qarşısında çıxış edəcək və gedəcək”.
Xarici media yazır ki, bu açıqlama o deməkdir ki, Lavrov rəsmi naharda və günün ikinci yarısında nəzərdə tutulan iclaslarda iştirak etməyəcək.
Leyla, Medianews.az