Medianews.az
Alim Qasımovdan tənqidlərə cavab - <span style=color:red>"Necə qəbul edirlərsə, öz işləridir"
72 baxış

Alim Qasımovdan tənqidlərə cavab - "Necə qəbul edirlərsə, öz işləridir"

Xalq artisti Alim Qasımov toy məclislərinin birində rep oxumasını tənqid edənlərə cavab verib. Medianews.az xəbər verir ki, Xalq artisti Teleqraf-a açıqlamasında yayılan görüntülərdə repin peşəkar ifa olmadığını bildirib. “Mən zarafat etmişəm. İnsanlar bunu necə qəbul edirsə, öz işlərdir, Allah canlarını sağ etsin. Camaat üç- dörd nəfərlə zarafat edir, mən isə toy mərasimində zarafat etdim. Bunu isə çəkib yayıblar. Təbii ki, peşəkar ifa deyil”,- deyə Xalq artisti bildirib. Qeyd edək ki, Alim Qasımov toy mərasimlərinin birində səhnəyə çıxaraq "Bayaq burada ritm tuturdunuz...",- deyərək rep deyib. Həmin görüntülər isə sosial şəbəkələrdə tənqid edilib.  

Bizə qoşulun