Medianews.az
Texniki səhv? Buna böyük şübhələr var - <span style=color:red>AÇIQLAMA
222 baxış

Texniki səhv? Buna böyük şübhələr var - AÇIQLAMA

“Almaniya prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri ərəfəsində yaşanan qalmaqal – onun Ermənistana səfəri çərçivəsində özünün rəsmi “İnstagram” səhifəsində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış keçmiş qondarma rejimin “bayrağını” yerləşdirərək ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı paylaşım etməsi texniki səhv kimi qələmə verilsə də, buna böyük şübhələr var. Xatırlatmaq istəyirəm ki, Almaniya rəsmilərinin Azərbaycana münasibətdə belə anlaşılmaz və qərəzli davranışları birinci dəfə deyil”. İctimai-siyasi xadim Qulamhüseyn Əlibəyli Medianews.az-a açıqlamasında belə deyib. O bildirib ki, təxminən 2 il bundan əvvəl Almaniya kansleri Şolts Ermənistanın baş naziri Paşinyanı qəbul edərkən “Dağlıq Qarabağ xalqının” vətəndaş hüquqları haqqında danışmış, bu barədə rəsmi məlumat yayıldıqdan iki-üç saat sonra saytdan silinmişdi: “Bir müddət sonra Almaniyanın xarici işlər naziri xanım Berbok Azərbaycanın xarici işlər naziri ilə birgə mətbuat konfransında Xankəndi və Şuşa səhərlərini ermənilərin qoyduğu uydurma adlarla adlandırmış, COP29 sammiti çərçivəsində Bakıya gəlməmişdən əvvəl Ermənistana səfəri zamanı Azərbaycandan könüllü getmiş erməni əsilli şəxslərlə “Qarabağdan olan qaçqınlar” adı ilə görüş keçirmiş, “binokl diplomatiyası” adlanan qalmaqallı bir hərəkətə də yol vermişdi. Azərbaycana səfəri zamanı isə jurnalistlərin Qərbi Azərbaycan İcması ilə görüşüb-görüşmədiyi barədə sualına əvvəlcə Ermənistanda “Qarabağdan olan qaçqınlar”la görüşü barədə uzun-uzadı danışmış, Azərbaycanın xarici işlər nazirinin təkidindən sonra isə Azərbaycanda vətəndaş cəmiyyətinin ayrı-ayrı nümayəndələri ilə görüşünü guya İcma ilə də görüş kimi qələmə verməyə çalışmışdı”.
Q.Əlibəyli onu da qeyd edib ki, bütövlükdə Almaniya prezidentinin həm Ermənistana, həm də Azərbaycana səfərləri və bu səfərlər çərçivəsində verdiyi sülhə çağırışlarla bağlı bəyanatları təmsil etdiyi dövlətin Cənubi Qafqazda fəal rol almaq istəyindən irəli gəlsə də, pozitiv məqamlara da malikdir. Medianews.az

Bizə qoşulun