Uşaq bizim qabaqlar gündəlik dediyimiz, indi isə gülməşəkər ad qoyulmuş “Məktəbli kitabçasını” açıb mənə deyir: “Ata, Xanlar haradır?”. Təəccüblənirəm, çünki prinsipcə orda Xanlar adı olmamalıdır - rayonun və eyni adlı rayon mərkəzinin adı 2008-ci ildən dəyişdirilib, Göygöl qoyulub. Gündəliyi alıb baxıram.
Doğrudan da, içərisində Azərbaycan xəritəsinin şəkli var, Xanlar rayonunun adı da yazılıbdı. Həmin bu “məktəbli kitabçası” 2016-cı ildə çap olunub. İçərisində Təhsil Nazirliyinin bunu bəyənməsi haqda qeyd var. Bəs görəsən bu 8 ildə həmin təhsil sistemində bir adamın ağlına niyə gəlməyib ki, xəritədə rayonun adını düz yazsınlar?
Xırda səhvdir, heç nə olmaz deyib keçə bilməzsiniz. Bu, adından göründüyü kimi, məktəbliyə aid bir vəsaitdir. Məktəbdə isə 8 il davam edən səhvi düzəltməmək minlərlə uşaqda yanlış bilgi formalaşdırmaqdır.
Demək məktəblinin bilgi alması, doğru-düzgün oxuması heç kimin vecinə deyil. Əsas odur nəsə əzbərləsin, test imtahanında yaxşı bal toplayıb harasa girsin. Ta bu uşağın dünyagörüşü, azadlıq, demokratiya, insan haqları haqda bilikləri heç kimin vecinə deyil. Robot yetişdiririk. Onu da səhv yetişdiririk. Qiymətli topaz daşı yonmaq əvəzinə “Topaz” üçün hesab yazan avaralar yaradırıq.
Haşiyə çıxım. Uşaq çox təkid eləyirdi qlobus alaq. Siyasi xəritə olan qlobuslardan zəhləm gedir - dünyanın sərhədlərə bölünməsini istəmirəm. Ancaq fiziki qlobus tapa bilmədik, uşaq dirəşdi, siyasini aldıq. Evdə axtardı, Azərbaycanı qlobusda tapa bilmədi. Məlum oldu ölkəmiz o qədər balacadır ki, qlobusa 9 rəqəmi kimi düşüb. İzahını isə Taiti adasının üstünə yapışdırıblar - 9 nömrəli dırnaq boyda yer Azərbaycandır. O boyda Azərbaycandan qalana bax... Dilxorçuluqdur. Eyni zamanda, qlobusa da nömrə gəlmişik.
Sözgəlişi, bir məktəbdə dəhlizə Xudafərin körpüsünün Zəngilan rayonunda yerləşməsi haqda foto vurulub. Onu dəyişdirməyi məktəb rəhbərliyindən xahiş eləməyimdən 2 il keçdi - bu həftə gedib baxdım, heç əllərini vurmayıblar. Sanki belə olmalı imiş. Ancaq o məktəbdə seçki cinayətləri törədiləndə qutuya topa bülleten basılmasına mane olsan müəllimlər adamın başına Zəngilan müsibəti açarlar.
Bir az adamda şübhələr də yaranır, o məşhur və axmaq mahnıda deyilən kimi: “Bəlkə mən düz eləmirəm?”. Bəlkə doğrudan da Xudafərin körpüsü Zəngilan rayonundadır? Bəlkə paralel kainatda Xanlar rayonunun adı hələ olduğu kimi qalır? Çox sirrli əhvalatlardır. Gəlin sizə başıma gələn əhvalatı nəql edim.
Məhəllədə bir ağsaqqal var, bir gün məni yaxın küçələrdən birində görüb dedi: “Sən niyə maşınsızsan?” Çaşdım qaldım. Deyirəm, ağsaqqal, mənim heç vaxt maşınım olmayıb, ümumiyyətlə sürücülük vəsiqəm də yoxdur. Bir az üzümə baxdı, sonra uzun “həəə” deyib getdi.
Aradan bir həftə keçmişdi, yenə ağsaqqalla rastlaşdım: “Maşını niyə sürmürsən?”. Elə bildim məzələnir, ancaq diqqət elədim, gördüm tam ciddi soruşur. Dedim, ağsaqqal, maşının motoru yağ yeyirdi, ustaya vermişəm. Təkərdə də problem çıxmışdı. Deyir: “Hə, əsas xadavoydur, ona baxdır. Keçən dəfə sən sürəndə gördüm, yaman səs eləyirdi”.
Sonrakı günlərdə ağsaqqal hər dəfə rastlaşanda maşın söhbəti eləyirdi. Deyirdim maşın ustada olmasa səni aparardım evə qədər. O da deyirdi çox nahaq “Mercedes”i satdın, “Opel”dən yaxşı maşın idi.
Bu söhbət beynimə necə işlədisə bir gün şəhərdə bir obyektdən çıxanda maşınımı axtarırdım. Elə bildim evakuator aparıb!
Ümid edirəm yol polisi bu haldan istifadə edib mənə cərimə yazmaz.
31.10.2016, 09:17
502 baxış
Zamin Hacı
Yol polisindən narazılığım