Gözlənildiyi kimi də oldu: futbolçu Cavid Hüseynovun vaxtından tez azadlığa buraxılması cəmiyyətin ictimai-siyasi fəal kəsimini ikiyə böldü. Sosial şəbəkə və peşəkar mediada yazılan qeydlər, yazılar bu xüsusda ikitirəliyi açıq-aydın göstərir.
Cavid Hüseynov azadlığa vaxtından gec buraxılsaydı da, ictimai-siyasi fəallar iki cinaha ayrılacaqdı və onların mövzuya dair fikirləri toqquşacaqdı.
Ona görə ki, işin mayasında ölüm işi var. Həyat məsələsi olmasaydı, mübahisə bu qədər şiddətli olmazdı.
İndi tərəflərdən biri deyir ki, Cavidin heç bir günahı yoxdur, o, ümumiyyətlə həbs və məhkum olunmamalıydı və məhkəmə onu azadlığa buraxmaqda düz edib.
İkinci tərəf isə bildirir ki, Cavid jurnalist Rasim Əliyevin qətlinin sifarişçisidir, ona yüngül cəza verilmişdi, indi də nahaq azad ediblər və bu jurnalistin qanının batırılması deməkdir.
Biz zaman-zaman bu cür situasiyalara düşürük. Bu cür durumlarda tərəflərin hər ikisi özlüyündə haqlı görünür, amma heç biri sonra qədər haqlı olmur.
Konkret bu məsələyə aid olmayan bir situasiya düşünün. İki ana var, gənc övladları söyüş üstündə dalaşıb, bıçaqlaşıblar, biri yaralanıb, o biri isə ölüb. Hər iki dərdli ana təbii ki, öz övladını müdafiə edəcək, biri “oğlum nahaq yerə öldürülüb” deyəcək, qatilə ən ağır cəza - ömürlük həbs, bəzən isə qanunvericilikdə olmasa da edam tələb edəcək.
İkinci ana isə “oğlumun heç bir günahı yoxdur, özünü müdafiə edib” deyəcək, oğlunun məhkəmə zalından azadlığa buraxılmasını istəyəcək.
Bu, analıq instinktindən doğan yanaşmadır və öz oğullarını müdafiə edən anaların heç biri haqlı deyil.
Təbii ki, dava əsnasında, münaqişə zəminində dalaşarkən bir nəfərin ölümünə bais olan şəxsə ömürlük həbs verməyəcəklər, çünki ortada onun təqsirini yüngülləşdirən xüsusatlar (təhqir, özünümüdafiə, ani hiddət, peşmançılıq və s.) var və bunlar qanunvericilikdə nəzərdə tutulub.
Heç qatilin məhkəmə zalından azadlığa buraxılmasından da söhbət gedə bilməz. Çünki ortada ölüm işi var, gənc bir adam amansızlıqla öldürülüb. Deməli, qatil lazımi cəzasını almalıdır.
Bu, məhkəmə sisteminin ədalətli qərarlar çıxardığı ölkələrə aid situasiyadır. Azərbaycanın indiki durumunda oğulları bıçaqlaşmış ailələrin durumu fərqli olardı.
Məsələn, əgər bıçaqlaşma zamanı ölmüş oğlanın atası (əmisi, dayısı) yüksək vəzifəli, imkanlı biridirsə, onda onun işə müdaxiləsi ilə qatil gəncə ən ağır cəza verilərdi. (Bilirsiniz, bu cür nümunələr olub, məsələn, Şəmkirin sabiq İH başçısı oğlunu öldürən bir şəxsə ömürlük, digərinə 10 il həbs cəzası verilməsinə nail olmuşdu).
Yaxud əksinə olsaydı, qatilin atası (dayısı, əmisi) yüksək vəzifəli, imkanlı biri olardısa, o zaman o, oğlunun layiq olduğu cəzadan yayınmasını təşkil edər, qatil yüngül cəza ilə canını qurtarar, bir-iki ildən sonra isə sakitcə azadlığa buraxılardı (Bu duruma dair də xeyli nümunələr tapmaq olar).
İndi gələk konkret Cavid Hüseynovun məsələsinə. O, yetim oğlandır, atası Qarabağ şəhididir, üstəlik əmisi, dayısı yüksək vəzifə daşımırlar. Bununla belə, Cavid özü tanınmış şəxsdir və onun xətrini istəyən nüfuzlu adamlar var.
Əslində hələ ötən il o məşum hadisə baş verəndə çoxları güman edirdi ki, C.Hüseynov məsuliyyətdən tamamilə yayındırılacaq, hər şey hadisəni birbaşa törədənlərin üstünə yüklənəcək. Elə olmadı, Cavid Hüseynov da jurnalistin qətl işi ilə bağlı mühakimə olundu.
Bununla bağlı mediada yazılır, aralıqda danışılırdı ki, bir-iki ildən sonra onu necəsə azadlığa buraxacaqlar. Bax, bu ehtimal düz çıxdı və özü ilə bərabər gündəmə mübahisə də çıxardı.
Əlbəttə, Azərbaycan məhkəməsinin ədalətinə güvən olsaydı, hamı bu hüquqi münaqişənin müvafiq çözümü ilə qane olardı. Nə yazıq ki, elə deyil. Ona görə də yeganə oğlunu itirmiş ailə qətldə adı keçən, daha dəqiqi, el dilində desək, qətlə “bais” olan şəxsin azad olunmasından narazıdır.
Eyni zamanda C.Hüseynovun ailəsi - onu zülm-zillətlə, yetimçiliklə böyütmüş anası da oğlunun “cinayəti bilib xəbər verməmə” ittihamı ilə cəza çəkməsindən narazıydı.
Cəmiyyət və dövlət bu cür hüquqi münaqişələrə “analıq instinkti” ilə yanaşa bilməz. Bütün qərarlar haqq-ədalət prinsipinə maksimum riayət edilməklə çıxarılmalıdır.
Açığı, bu məsələdə haqqın tam olaraq kimin tərəfində olduğunu təsbit etmək çox çətindir.
14.10.2016, 09:43
286 baxış
Xalid Kazımlı
Gözlənilməz bir qətlin tarixçəsinin gözlənilən sonu