İqtisadiyyatımız ölüb, onun dəlmə-deşiklərinə pambıq tıxamaq lazımdır, bu baxımdan hökumətin yeni iqtisadi proqramı - pambıq istehsalına güc vermək anlaşılandır.
Doğrudur, keçmiş SSRİ-də ən çox pambıq əkənlərdən biri Özbəkistan belə yavaş-yavaş bu işdən əl çəkmək üzrədir. Orda da eynilə indi bizim yapist yoldaşların bəyan elədiyi “Pambıqçılığa dövlət qayğısı” proqramı işləyirdi, faktiki kolxoz quruluşu saxlanmışdı, kəndlilərə zorla pambıq əkdirirdilər, ancaq bunun xeyri olmadı. İstehsal ildən-ilə aşağı düşdü, özbəklər isə bu quldarlıq rejimindən baş götürüb qaçdılar. Moskvada küçə süpürməyi Özbəkistanda pambıq yığmaqdan üstün saydılar.
Bax, məsələnin mahiyyəti elə bundadır: pambıq qul əməyidir. Bu işin içində olan aran rayonlarımızın sakinləri sovet dövründən pambıqçılığın acı xatirələrini yaşadırlar. Pambıq elə bitkidir ki, bunu mütləq əyilib becərməlisən. Əkməkdən, qulluqdan tutmuş, yığıma qədər hər proses əyilməklə keçir. Həmin əyilib pambıq yığan qadınların uşaqları da xəstə doğuldu. İllərlə pambığa vurulan zəhərli dərmanlar milləti fiziki baxımdan məhv etdi. Pambığın guya kəndliyə pul gətirdiyi də cəfəngiyyat idi. Sovet vaxtı Azərbaycanın ən kasıb, ən bərbad, ən yetim günündə yaşayan rayonları elə pambıqçılıq rayonları idi. Üzüm, çay, bostan bitkiləri əkənlər, heyvandarlıq və meyvəçiliklə məşğul olanlar bundan qat-qat firavan yaşayırdılar.
Ancaq qul psixologiyası ilə yaşayan toplum, əlbəttə, qul əməyi ilə məşğul olmalıdır. Bu iqtidar bu milləti hamıdan yaxşı tanıyır və pambıqçılıq proqramını da yaxşı eləyib seçiblər. Əyilmisənsə, səni basketbol komandasına yazası deyillər ki? Zəhmət çək, pambıq yığ. “Qara qızıl”ın bərkgedən vaxtlarında bu qullar paytaxta axışıb müxtəlif “Evrovızqon”, “Formulazqon” yarışmalarına azarkeşlik edirdilər, hasarın üstündən manıslara baxıb ağızlarının suyunu axıdırdılar, əl çalırdılar. Ta belə hörmətə vəsait yoxdur. Çörək və tamaşa bəsdir, yavan çörək epoxasına keçirik. Düzdür, qara qızıldan ağ qızıla keçid dövründə arada yüngülvari soğan dövrü də oldu, Aqil Abbas müəllimə bu rəngarənglik üçün təşəkkür edirik.
Hazırda bəzi müxalif qruplaşmaları guya etiraz aksiyaları keçirdirlər, elə o aksiyaların şüarları açıq göstərir ki, bunlar xalqdan çox uzaq düşüblər, ona yabançıdırlar, Azərbaycan xalqının nə istədiyini qətiyyən bilmirlər. Örnək üçün, özünü “Milli Şura” adlandıran qurumun - bunun nəyi millidir ki, milləti anlamırlar - son aksiyalarında əsas iki şüar olmuşdur: “Talana son!” və “Monarxiyaya son!” şüarları. Gülünc şüarlardır. İzah edim.
Azərbaycan xalqında oğurluğa, talamağa böyük maraq var, oğru aləminə tarixən məhəbbətlə yanaşmışıq. Belə yerdə hansı ağılla “talana son” deyirsən? Özün də görürsən ki, millət illərdir oğurlayanlara, talayanlara hörmət bəsləyir, analar uşaqlarına, arvadlar ərlərinə “Sən filankəsdən əskiksən, gör necə çapıb-talayıb gətirir, biz isə düzgünlüklə bu xarabada çürüyürük!” deyirlər. Bacarana baş qurban - korrupsionerə belə münasibət bəsləyən cəmiyyətdə oğruları qınamaq, üzr istəyirəm, ya debillikdir, ya da özünü debil kimi göstərmək cəhdidir. Əksinə, mitinqə belə şüarla çıxmaq lazımdır: “İmkan verin biz də talayaq!”, “Bizim oğrular sizin oğruları döyər!”, lap elə bayaqkı “Bacarana baş qurban”...
Monarxiya məsələsi də bunun kimi. Azərbaycan xalqı artıq bir dəfə de-fakto monarxiyaya “hə” deyibsə, indi hansı ağılla güman edirsiniz ki, bu xalq ona de-yure, referendumda “yox” deyəcək? Feodal-patriarxal ənənələri olan, orta əsrlər təfəkkürü ilə yaşayan toplum üçün monarxiya daha əlverişlidir, çünki hamı hər bir sahədə çalışır öz qohumlarını, oğul-uşağını qabağa çəksin. Azərbaycan xalqı hələ sosiallığı, yardımlaşmağı, xalq olmağın məsuliyyətini və gözəlliyini anlamış durumda deyil. Buna cəhdlər edib, buna görə ona minnətdarıq, əlbəttə. Ancaq alınmayıb, zor deyil ki?
O üzdən, bu iqtidara qarşı mitinq eləmək istəyirsinizsə ora “Demokratiya rədd olsun”, “Tüpürüm qonşumun azadlığına!”, “Şortik geyən fahişədir!” tipli şüarlarla çıxmaq məsləhətdir. Yalandan da olsa, bu iqtidarı demokratik qələmə verin, görün camaat onun üstünə necə ayaqlanır. “Qılınc müsəlmanı” - yoxsa bu ifadənin havadan yarandığını zənn edirdiniz?
19.09.2016, 07:05
276 baxış
Zamin Hacı
Əyilənlər üçün dövlət proqramı