“Bizim özünəməxsus sivilizasiyamızın ən kədərli özəlliklərindən biri odur ki, biz başqa xalqların, hətta bizdən də geridə qalan xalqların çoxdan köhnəltdiyi həqiqətləri indi yenidən kəşf edirik. Məsələ ondadır ki, biz heç vaxt başqa xalqlarla birgə getməmişik, biz bəşər nəslinin məlum olan heç bir tanınmış ailəsinin üzvü deyilik, nə Qərbə aidik, nə Şərqə, nə onun ənənələrini götürmüşük, nə bunun”.
(P.Çaadayev, “Fəlsəfi məktublar”, 1831-ci il)
Bir satira var, bizim kimi avtoritar rejim ölkələrinin internetində populyardır: guya Oruell dirilir və deyir ki, mən əsəri fantaziya olaraq yazmışam, dövlət proqramı kimi yox, siz nə edirsiniz... Doğrudan da, Azərbaycan, Rusiya, Türkiyə, İran tipli dövlətlərin həyat tərzinə, gündəlik ictimai-siyasi davranışlarına baxanda fikirləşirsən bunlar Oruellin əsərlərini özlərinə konstitusiya olaraq seçiblər, o ölməz romanlara uyğun yaşamaq istəyirlər.
Örnək üçün, hazırda Azərbaycanda bir qrup müxalifətçini... Fətullah Gülənin tərəfdarı olmaq ittihamıyla tutublar, maşınlarından və evlərindən də onun kitablarını müsadirə ediblər. Əcaib bir hadisədir, hətta bizim ölkə üçün də təəccüblüdür, çünki Fətullah Gülənin kitablarını oxumağın, saxlamağın cinayət olmasını biz indiyə qədər bilmirdik. Dövlət bu müəllifi qanuni şəkildə qadağan etdiyini vətəndaşa çatdırmayıbdır, ümumən Ərdoğan xanın bəyanatlarında adını eşitdiyimiz “FETÖ” deyilən terror təşkilatının da varlığından xəbərsizik - bizim deputatxana bunu terror qurumu olaraq bəyan edən qanun qayırmayıbdır. Belə olan halda, Azərbaycan vətəndaşı hansısa dövlətdəki daxili çəkişmələrin, razborkaların qurbanı olursa, bəs müstəqil siyasət nağılını hara soxaq?
Tutaq ki, sabah Putin Lomonosov adına Moskva Dövlət Universitetinin rektorunu cinayətkar elan etdi, biz dəstək üçün oranı qurtaran yoldaşları dama salmalıyıqmı? Dövlətçilik məntiqimiz deyir ki, salmalıyıq. Bəs bədbəxt azərbaycanlılar sözün əsl mənasında başlarına haranın külünü töksünlər ki, sabah hökumət o külü eşələyəndə içindən bomba tapılmasın?
Dünənə qədər Gülən tərəfdarı olmaq elə yapistlərin özü üçün şərəf idi. “Çağ Öyrətim”in litseylərinin, universitetinin törənlərində başda otururdular, çıxış edirdilər, şəkil çəkdirirdilər. İnternet, media, dəftər-kitab səhifələri həmin informasiyalarla doludur. Bəs indi nə etməli? O materialları kim toplayıb təzədən çap etməlidir, orda “Fətullah Gülən Böyük Qardaşın dostudur” süjetini “Fətullah Lənətullah!” cümləsiylə əvəzləməlidir? Axı bizim, hər şeydən öncə, Həqiqət Nazirliyimiz yoxdur! Belə önəmli dövlət işlərini ASAN-xidmət könüllülərinə tapşırmaq olmaz axı. Ciddi struktur lazımdır.
Formal olaraq o kitabların “tapıldığı” şəxslərə dini, milli, irqi ayrıseçkilik salmaq maddəsiylə cinayət işləri açırlar, ancaq bu halda da məlum deyil hansı dini, hansı millətləri, hansı irqləri ayırmaqdan söhbət gedir. Ümumiyyətlə, bu “ayrıseçkilik” sözündən mənim xoşum gəldi - sanki bizdəki seçkilərin ayrı cür keçirildiyini bildirir. Yanlış da bir naxışdır bu qüssəli həyatımıza... Məzahir müəllim, ayrı seçkiliklə aranız necədir?
Hər gün Facebook şəbəkəsində araq badəsiylə fotolar paylaşan gəncləri dini fanatik, terror qurumuna qoşulmaq adıyla zindana salırlar. Ara qarışıb, məzhəb itib - mənzərə belədir. Bu isə dövlətçiliyin anarxizminə səbəb ola bilər. Kibritlə oynamaq kimi bir şeydir. Vəziyyəti elə qatıb-qarışdıracaqlar ki, sabah özləri üçün də aydın olmayacaq Azərbaycanda kim kimdir.
Çaadayevin epiqraf verdiyim sözləri Rusiya üçün yazılıb, ancaq elə indiki bizə də aiddir. Prinsipcə, o sözlərin yazıldığı vaxt da Azərbaycan Rusiyanın bir əyaləti idi.
22.08.2016, 08:10
245 baxış
Zamin Hacı
Gülən kim, ağlayan kim...