YAP rəhbərliyindəki şəxslərdən birinin adından sosial şəbəkədə nəsə xəbər yayılıbmış. Əgər diqqət elədinizsə mən həmin adamın adını yazmıram. Şəxsi mövqeyi olmayan, boz kütlədən ibarət təşkilatın hər hansı üzvünün xüsusi isim şəklində adı ola bilməz. O üzdən, mən yapistlərin hansısa formada nömrələnməsinin tərəfdarıyam, bizim söz açdığımız adam da olsun “İqrek 69 müəllim”. Lap Ayzek Azimovun “Gecənin gəlişi” hekayəsinin qəhrəmanları kimi.
Uzun sözün qısası, həmin bu İqrek 69 müəllim indi deyir o xəbər yalandır, ümumiyyətlə sosial şəbəkələr ağını çıxardıblar, adamların saxta profilləri yaradılır, adlarından doğru olmayan məlumatlar yayılır. Gərək biz bu işə əncam çəkək, sosial şəbəkələrdə xəbər yayanlar, fikir bildirənlər cəzalansın. Guya indiyə qədər tək facebookda şərh yazan, nəinki şərh, hətta adi “bəyənmə” düyməsini tıklayan onlarla insanı cəzalandıran sistemin nümayəndəsi bu deyil. Sosial şəbəkə dustaqlarımız “en” qədərdir. Xarici İşlər Nazirliyi bir ara qarın ağrısına düşüb xaricə qaçqın diplomat ifraz edəndə həmin ifrazatların statuslarını “like” edənləri yıxıb yerə üzr istəməyə məcbur elədilər.
Şəxsən mənim özümü keçən il facebook şəbəkəsindəki tam qanuni fikirlərimə görə - Bakıda bina yanıb 16 insan öləndə camaatı həmin penoplast üzlükləri sökməyə çağırmışdım - Bakı Şəhər Polis İdarəsinə çağırıb xəbərdarlıq edən bəlkə Şimali Koreya rejimi idi? Halbuki, mənim polis idarəsində olduğum dəqiqələrdə hökumət elə özü həmin üzlükləri sökməyə qərar vermişdi.
Sözümün canı odur ki, Azərbaycanda internetin guya azad olması tamamilə yalandır. Ölkə ərazisində istənilən şəxsi yazdığı xəbərə, şərhə görə tapıb tutmaq üçün hökumətin əlində min cür texniki vasitələr vardır, bunlardan yeri gələndə yararlanırlar. Yeri gəlmişkən, yapistlər hətta xaricdə yaşayan sosial şəbəkə fəallarına qarşı da əməliyyatlar hazırlayırlar, misal üçün, bir ara Almaniyada yaşayan nüfuzlu bloqqer Həbib Müntəzirin həyatına qəsd üçün agent göndərildiyi məlumatları ortaya çıxmışdı.
İqrek müəllimin çıxışına bu mənada, heç diqqət yetirməmək olardı, sadəcə, onun danışdığı kontekst çoxdan düşündüyüm bir mövzunu yadıma saldı. Həyatdır, bəzən mal təzəyinin içindən də brilyant tapa bilərsən, neyləmək olar... Mövzu yalanın gözdən düşməsi mövzusudur.
Yapistlərin Azərbaycanda uzun illər hakimiyyətdə qalmasının mənfi tərəfləri saysızdır, ancaq müsbət tərəfi də var ki, onlar yalanı gözdən salıb, hörmətsiz ediblər. Artıq bu ölkədə kimsə yalan danışıb, gopa basıb hakimiyyətə gələ bilməyəcək. Elə onların getməməyinin səbəblərindən biri, hətta mənim aləmimdə birincisi elə bu yalanın üzərindədir - xalq onların yalanına alternativ ola biləcək, yapistlərin yalanını əvəzləyəcək yalanı yetişdirməkdə çətinlik çəkir, çünki Azərbaycan xalqı bəlkə minillik yalan potensialını bunlara yükləmişdir, cəmiyyət içində böyük yalan vakuumu, boşluğu, qıtlığı yaranmışdır. Bu, analoqu olmayan yalandır, Bütün Qafqazın liderliyinə layiq yalandır, musiqili, muğamatlı, dopinqlə, neftlə şişirdilmiş əzələli yalandır.
Müxalifət sayılmağa, adlanmağa iddialı qüvvələrin yalnız bir yolu qalmışdır: doğruçu olmaq, dürüst olmaq. Yüngülvari yalanlarla baş aldadıb dekorativ dəyişikliyə getməyə xalq mandat verməyəcək. Kristal təmiz olmağa məhkumdurlar. Mən diqqət eləmişəm, xalq iqtidardakıların div boyda nəhəng yalanlarına dözsə də müxalifətçilərin cücü boyda xırda yalanlarına dözmür. Çünki yenə yazıram: xalqa alternativ lazımdır. Gerçək alternativ. Yalanın yekəsi varımızdırsa, balacasını neynəyirik? Avtoritarizm, şəxsiyyətə pərəstiş, bütpərəstlik varımızdır. İndi bizə demokratiya, liberalizm, azadlıq lazımdır.
Yazını sovet dissidenti Soljenitsinin “Yalansız yaşamaq” adlı tanınmış essesindən bir sitatla bitirirəm - mövzumuza tam dəxli olmasa da o essedən çox xoşum gəlir: “Azadlığa çıxmağın indiyəcən məhəl qoymadığımız ən adi, ən sadə açarı elə buradadır - şəxsən yalana qoşulmamaq! Qoy yalan dünyanı bürüsün, qoy yalan hamıya hakim kəsilsin, ancaq kiçicik bir şeydə möhkəm duraq - yalanın hakim kəsilməsində mənim əlim olmasın!”
16.08.2016, 10:20
295 baxış
Zamin Hacı
Yalanın gözdən salınması