Ölkəmizə gələn neft milyardlarının azalması dolayısı ilə idman sahəsini də vurub. Əvvəlki entuziazm yoxdur. Bunu Braziliyanın Rio-de Janeyro şəhərində keçirən olimpiya oyunlarında idmançılarımızın zəif çıxış etməsi, medal qazanmaması da göstərir.
Pekin və London olimpiadalarında belə olmamışdı, idmançılarımız qızıldan qızıl, gümüşdən gümüş qazanmışdılar, hər dəfə daha yaxşı nəticə göstərmişdilər.
İndi ortada bir tənəzzül var. Bizimkilər iki gümüş medal qazanıblar. Ona daha bir neçə medal əlavə olunsa da, ötən dəfəki olimpiadanın nəticələrinə çata bilməyəcəyik.
Düzdür, hələ də medal qazanan idmançılara ən böyük qonorar-mükafatı vəd edən ölkə bizik. Qızıl qazanan idmançımız yarım milyon dollar nağd pul, evlər, maşınlar qazana bilər.
Bizimkilərin britaniyalı həmkarları qızıl medal qazansalar, onlara fəxri fərman-filan verirlər, amerikalı idmançılar isə qızıl medala görə 25 min dollar qazanırlar - yəni bizim “bürünc”ümüzdən on dəfə az.
Ancaq bunlar “idman ölkəsi” olmağın göstəricisi deyil. Sanki idman qələbələri ilə dünya miqyasında özünüreklam kampaniyası aparmaq kimi bir tendensiya əvvəlki tərəqqisində deyil.
Əvvəllər rəsmi təbliğatın əsas işi-gücü Azərbaycanın “idman ölkəsi” olmasından danışmaq, idmançılarımızın “parlaq qələbəsi”nin ölkəni bütün dünyada tanıtdıracağından, dünyanın ən möhtəşəm idman arenalarında dövlət himnimizin səslənməsindən, bayrağımızın yüksəlməsindən bəhs etmək idi.
O ritorika da səngiyib sanki. Qəribə bir ruh düşkünlüyü var.
Bircə legioner idmançılara ayrılan pul-para azalmayıb. Əvvəllər olduğu kimi, yenə də “möhtəşəm qələbələr”i özümüzdə olmayan idman növlərində çıxış etmək üçün əcnəbi idmançılardan istifadə edirik, ancaq bu səfər heç nə əldə edi bilmirik. Avarçəkənlər finiş xəttinə axırıncı gəlir, üzgüçülər sonuncu olur, velosipedçi ümumiyyətlə gəlib çıxmır və s.
Demək ki, bizim “legioner idmançı hesabına medal qazanmaq” siyasətimiz iflasa uğrayıb. Legionerlər böyük pullar əldə edir, ortaya heç bir nəticə qoymurlar.
Ümumiyyətlə, bizdə ənənəvi olmayan, inkişaf etməmiş idman növlərində (voleybol, basketbol, xizəksürmə, avarçəkmə və s.) medal qazanmağa çalışmaq lap başdan yanlışdır. Bir çox idman növləri üzrə on qat olimpiya çempionu olan ölkələrə onların öz idmançılarıyla (həm də ikinci dərəcəli atletlərlə) qalib gəlməyə ümid etmək sadəlövhlükdür. Adamlar bu işin kitabını yazıblar, zirvəsini fəth ediblər. Bizim onlarla baş etməyimiz üçün uzun illər və ən ümdəsi güclü məktəb lazımdır.
Bu baxımdan olimpiya siyasətimizə dəyişiklik edilməlidir, pulların havaya sovrulmasına son qoyulmalıdır, olimpiadalarda iştriak üçün ayrılan büdcə qənaət rejiminə uyğunlaşdırılmalıdır. Biz ABŞ, Rusiya, Çin kimi böyük ölkə olmadığımızdan və hər olimpiadada bu çuval medal qazana bilmədiyimizdən bu işə onlar qədər də çox pul xərcləməməliyik.
Ard-arda “Eurivision” musiqi yarışmasında yaxşı yerlər tutandan, bir dəfə də çempion olandan sonra “Eurovision” eyforiyası bitdiyi kimi, “olimpiada medalı qazanmaq” çılğınlığı da sona çatmalıdır. Son illərdə hakimiyyətin o musiqi yarışmasına elə bir önəm vermədiyi üzə çıxdı və bunun məntiqi nəticəsi olaraq təmsilçimiz “yaxşı yerlərdən biri”ni tutmadı. Nə xəncərimizin qaşı düşdü, nə də bu kiminsə vecinə oldu. Üstündən 3-4 ay keçib, hətta çoxları hansı ölkənin “Eurovision” birincisi olduğunu unudub.
Bir ölkəni dünyaya tanıtmağın, sevdirməyin sınanmış yollarından biri idman qələbələri, şou-festival birincilikləri ola bilər. Fəqət bu, o ölkələrə aiddir ki, onlar onsuz da dünyada pis reputasiya ilə tanınmırlar.
Məsələn, bu gün Myanma, Şimali Koreya və ya Kuba idmançıları ard-arda yeddi qızıl medal qazansalar, avtomatik olaraq bu ölkələr dünyada sevimli olacaqlar? Xeyr, olmayacaqlar. Əksinə, dünya ictimaiyyəti və mediası o ölkələrdəki istibdad rejimlərinin mövcudluğuna, insan haqları sahəsindəki bərbad vəziyyətə diqqət kəsiləcəklər.
Xatırlayırsınızsa, “Eurovision” qələbəsindən sonra bütün Avropa mediası Azərbaycanda siyasi məhbusların çoxluğundan, azad seçki mühitinin olmamasından yazdı və demək olar ki, bu qələbəyə görə hakimiyyət peşman etdi.
Uzun sözün kəsəsi, ölkəmizin dünyada yaxşı reputasiya ilə tanınmasını istəyiriksə, ölkədə ürəkaçan sosial-siyasi-mədəni mənzərə yaratmalıyıq. İdman nailiyyətləri onlardan sonra gəlir.
15.08.2016, 07:56
241 baxış
Xalid Kazımlı
Bir çuval medal qazanan ölkələrlə öcəşmək...