İnternetdə problem çıxmışdı, zəhmətkeşlərimizin yadına peykimiz düşmüşdü. Həmişə belə olur axı, dara düşəndə Simurq quşunun lələyini yandırırsan, hər bir yaraq-əsləhə, yardım peyda olur. Ancaq bizim “quşumuz” doğuşdan yoluq çıxıb, heç bir işə yaramır. Onu uçurdanda hökumət demişdi, vəssalam, telekommunikasiya sahəsində bütün problemlərimiz həll olunacaq, internet elə bol olacaq ki, kompüteri açanda süd axacaq, telefonla internetə girəndə bal töküləcək və sairə.
Hərdən mən fikirləşirəm bəlkə o peyk də qaçqın düşübdür, respublikamızı təmsil etmək istəməyibdir. Hansısa başqa orbitdən sığınacaq alıbdır. Ya da müxalif fikirli verilişləri çanaq antenlərinə yaymaq fikrinə düşdüyündən hökumət onu Azərbaycan Respublikasının peyk-vətəndaşlığından mərhum edibdir.
Sabunçuda bir ana 9 aylıq oğlunu qonşuya verib qaçıbdır - bu haqda dünən xəbər lentində oxudum. O yazıq uşaq necə də bizim ümumiləşdirilmiş simvolumuza bənzəyirdi... Axı biz də vətənimizi beləcə atıb gedirik, qonşuların ümidinə buraxırıq. Qonşu da barı yaxşı qonşu ola... Biri “uşağı” parçalayır, o birilər də didməyə, yoluşdurmağa fürsət gəzir. Hələ ən yaxşı qonşumuz guya Gürcüstandır, ancaq Qamsaxurdia vaxtının Gürcüstanını unutmamışıq.
Sözgəlişi, mən o xəbərdə bir detala da diqqət elədim: qonşular deyir ki, ana qayıtmayıb, əlaqədar orqanlar isə tədbir görmür. Doğrudan yiyəsizlikdir. Bəs dövlət hara baxır? Belə hallarda dövlətin borcudur uşağa atalıq, analıq eləsin, himayəsinə götürsün. Cəngəllikdə yaşamırıq səhv eləmirəmsə. Ancaq əlaqədar orqanlar deyilən o şeylər nədənsə iş-işdən keçəndə yada düşür. Uşaqlar yiyəsiz qalıb öldürüləndə, oğurlananda, itkin düşəndə...
Qanınızı qaraltmaq istəməzdim, əlbəttə. Bilirəm hamı dilxordur onsuz. Bahalaşma, ümidsizlik, işğal, min cür problemlər... Hər kəs başqasına torba tikməyə çalışır. Bunun ən orijinalı keçən ayın son günlərində Lənkəran şəhərində yaşanıb.
Orda falçılar (millət bu adın mənfi yükünü bildiyindən təzə bir milli termin uydurubdur, belə fırıldaqçılar özlərini “baxıcı” adlandırırlar) polisə şikayət ediblər. Deyiblər 3-4 nəfər dələduz gəldi, bizi hədələdi, şantaj elədi, pulumuzu, qızıllarımızı alıb getdilər. Polis ərinmədən əməliyyat keçirib - ana və uşaqların problemindən nə qazanmaq olar ki, maraqlı şikayətlər pullu adamlardan gəlir - dələduzları isti izlərlə, maşınla Bakıya gedərkən yolda tutublar. Yaxın oturun, ən maraqlı hissə gəlir: məlum olub bu adamlar “qaçaq jurnalistikasının” (mən Mətbuat Şurasından fərqli olaraq bunları reket adlandırmıram, bunlar elə köhnə qaçaqların yeni formada təzahürüdür, obyektləri gəzib varlıları soyurlar) nümayəndələridir, təmsil elədiklər “media orqanları” isə “Presedent” qəzeti və “Xəbərfakt” informasiya agentliyi adlanırmış!
Fikir verin, burda indi qurban və ya cinayətkar kimdir? Baxıcı-falçılar milləti aldadıb cibinə girir, bunlar falçıların cibinə giriblər, polus də bunları yolub buraxacaqdır.
Qayırdıqları KİV-lərin adından çıxış eləsək, burda xəbər və faktın presedentindən danışmaq lazımdır. Axı presedent sözü latın köklüdür, “praecedens” sözündən yaranıb, anlamı isə “öncəki”, “qabaqlar olmuş” deməkdir. Demək bu baxıcı-falçı-polis dairəvi hərəkəti bundan qabaqlar da respublikamızın ərazisində rast gəlinmişdir.
Hüquqda presedent anlayışı var, hansısa prosesdə çıxarılan qərar, nəticə özündən sonrakı proseslər üçün əsas olaraq, bir növ, qanun kimi götürülür. Loru dildə desək, hakim Əhmədə cəza kəsəndə eyni maddə ilə qabaqlar cəzalanan Məmmədin prosesinə əsaslanır.
İndi bizim yaşadıqlarımız da qabaqkı həyatlarımızın cəzasıdır.
04.08.2016, 08:32
146 baxış
Zamin Hacı
Presedent