Dövlət büdcəsini doldurmaq üçün işıq pulunu 1 qəpik qaldırmaq çox yaxşı oldu. Azərbaycan həqiqətlərini işıqlandırmaq üçün bizim çoxlu qara qəpiklərə ehtiyacımız var, SOCAR əvvəlki pulu vermir. Yeri gəlmişkən, dünən imtahanın pullu giriş-çıxışından yazarkən ağlıma gəlmişdi ki, imtahan otaqlarının işıq pulunu da abituriyentlərdən toplamağı təklif edim, nəsə şeytan azdırdı, yazmadım. Hökumət görünür fikirdən iy çəkirmiş.
İy demişkən... Dünyada çoxlu ədalətsizlik baş alıb gedir. Ermənilər dolmamızı oğurlayır, yaponlar oyunumuzu. Buna haçan son qoyulacaqdır? Xaricdəki diplomatlarımız da yatırlar. Başa düşürəm, əsas məsələ Qarabağ dərdimizdir, ancaq azərbaycanlıların başqa hüquqlarına, örnək üçün, müəllif hüquqlarına hörmət qoyulmalıdır. İzah edim, sən də bax.
Hazırda bütün dünyada “Pokemon Qo” adlı bir mobil telefon oyunu geniş yayılıbdır. Oyunu qayıran yaponların “Nintendo” şirkətidir. Qısa mahiyyəti belədir ki, şirkət cürbəcür pokemonlar (bunun nə olduğunu qısaca belə izah edə bilərəm: gözünüzün qabağına Çeburaşka ilə Balıq Hafizin, yaxud Elgizlə Zaurun saysız şəkildə düzəldilmiş, sintez edilmiş modellərini gətirin) hazırlayıb virtual aləmə buraxır. Adamlar da telefonlarını götürüb gəzirlər, pokemonları “tuturlar”, döyüşdürüb xal qazanırlar və sairə.
Açıq, həyasız plagiatdır. Yapistlərin tam ixtiyarı var yaponları məhkəməyə verib udsunlar. Çünki bu “Pokemon Qo” oyununun real həyatdakı forması kiçik fasilə ilə hardasa 47 ildir azərbaycanlıların təpəsində sınaqdan çıxarılır, çox yaxşı da oyun gedir.
Biz azərbaycanlılar bu rejim üçün pokemon deyiliksə bəs nəyik? Onlar bizi ora-bura qovalayır, tutub ciblərinə qoyurlar. Hansı rəis, prokuror, icra başçısı daha çox pokemon-azərbaycanlı toplasa onun hörməti artıq olur. Gizlənməyin xeyri yoxdur. Əvvəl-axır hamı ilişir.
Sözgəlişi, mobil telefon texnologiyasının milli “Pokemon Qo” oyunumuzda istifadəsi sahəsində də yapistlər “Nintendo” şirkətini qabaqlayıbdır. Özü də 13 il! Yadınıza gəlirsə, 2003-cü ilin seçkilərindən sonra “Azadlıq” meydanına yaxın ərazilərdə gizlənmiş müxalifətçi-pokemonları mobil telefon şirkətləri bir şapalağa hökumətə satdılar. Neçə Pikaçu ələ keçdi, bəzi guya pokemon olmaq istəməyən və oyun rejiminə, rejimin oyunlarına müqavimət göstərən Supermen və Spayderman-lar isə türmədən çıxandan sonra Piçu oldular.
“Pokemon Qo” oyununda təkcə pokemonları yox, onların yumurtalarını da tapıb toplayırsan. Bu da bizim milli yapist pokemonçuluqda tətbiqini tapmış şeydir. Görürsən hakimiyyət ora-bura maraqlı yumurtalar düzür, oyunçular həmin yumurtaları yığıb əsarətə düşürlər.
Milli pokemonlarımızı toplamaq üçün ölkədə çoxlu bazalar var. Misal üçün, bəzi pokemonları Kürdəxanı türməsinə yığıblar, bəzilərini KİVDF fonduna. Elə pokemonlar var məktəbdə dərs deyir, eləsi var xəstəxanada adam ayağı kəsir. Yolda maşınla durub başqa pokemonları qovub tutan pokemonlar da var. Adı elə YPX-dir - Yol Pokemon Xidməti.
Daha çox pokemon toplayan icra başçısının nazir olmaq şansları artır. Nazirlər də tabeliklərindəki pokemonları dalaşdırıb oyunun qurucusunun gözündə şirin olurlar, xal toplayırlar.
Uzun sözün qısası, demək istəyirəm yaponlar Beyləqanda 90 min dollarlıq məktəb tualeti tikməklə bizim başımızı qatmasınlar. Oyunumuzu oğurlayıblar, zəhmət çəkib pulunu versinlər, çünki yuxarıda apardığım təhlildən göründüyü kimi, bu “Pokemon Qo” tamamilə Azərbaycan ideyasıdır, Azərbaycan modelidir. “Azərbaycan dünyaya Günəş kimi doğacaq” şüarının mənası da burada gizlənmişdir, çünki Yaponiya gündoğar ölkə kimi tanınır. Ancaq belə oğurluq, əliəyrilik eləyəndən sonra adam onlara istər-istəməz “Görüm sizi gün işığına həsrət qalasınız” demək istəyir.
Əgər lisenziya pulunu versələr nə qədər işıq pulu eləyər.
17.07.2016, 11:39
315 baxış
Zamin Hacı
Pokemon bizdən oğurlanıb