Ermənistanda dövlət rəhbərlərindən tutmuş ta ən adi peşədə çalışanlara qədər ermənilərin 99 faizində bir xasiyyət var: bir yalanı söylərkən kipriklərini belə qırpmazlar. Sanki danışdıqları bir aksiomadır, heç bir təsdiqə ehtiyacı yoxdur. Səmimiyyət sıfır, təkəbbür zirvələrdə, yalanlar selləmə, həyasızlıq ifrat həddə...
Budur, Ermənistan prezidenti Sarkisyanın Livan telekanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər bu deyilənlərin bariz örnəyidir.
Eyni zamanda bu ritorika qonşumuz və düşmənimiz olan xalqın hazırda total xarakter daşıyan düşüncəsinin göstəricisidir. Bu cür düşünən, bu cür danışan insanların öz xalqlarını xoşbəxt edə bilməyəcəyi birmənalıdır.
Sarkisyan deyib: “Mənim üçün hər şeydən mühümü Dağlıq Qarabağ xalqının təhlükəsizliyinin təminatıdır. İnsanlar min illərlə yaşadıqları tarixi vətənlərində yaşamaq imkanına malik olmalıdırlar. Bu təhlükəsizliyi isə yalnız Azərbaycanın tərkibindən kənarda olduqda təmin etmək mümkündür. Əgər hansısa bədlikdən Dağlıq Qarabağ lap bircə günlüyə Azərbaycanın tərkibində olsa, orada bir erməni qalmayacaq. Hətta indi bütün dünya belə Dağlıq Qarabağ əhalisini Azərbaycanın tərkibində yaşamağa inandıra bilməz. Güc tətbiq edərək qarabağlı erməniləri məhv etmək olar, amma Azərbaycanın tərkibində yaşamağa inandırmaq olmaz. Azərbaycan rəhbərliyi bunu anlamalıdır. Əsas məsələ budur: bu insanları heç bir şəkildə Azərbaycanın tərkibində saxlamaq mümkün deyil”.
Bu cür rəhbəri olan xalq xoşbəxt ola bilərmi? Adam qloballaşan dünyada, millətlərin bir-birinə sürətlə inteqrasiya olunduğu, qaynayıb-qarışdığı bir dövrdə, dövlətlərin sərhədlərinin simvolik səciyyə daşıdığı Avropada min ilin qonşusu ilə bir arada, eyni tavan altında yaşamağı istisna edir.
“Qarabağlı erməniləri məhv etmək olar, amma Azərbaycanın tərkibində yaşamağa inandırmaq olmaz” deyən prezident hələ utanmaz şəkildə “erməni genosidi”ndən danışır. Halbuki məhz özü öz xalqını bu cür çağırışlarla uçurumun, böyük fəlakətin qarşısına gətirir, ona çıxış yolu olaraq ikinci variant qoymur.
Tarix sübut edir ki, türk xalqları həmişə başqa millətlərlə bir yerdə, bir tavan altında yaşamağa hazır olublar və həmişə bu artamda yaşayıblar. Altı-yeddi il öncə iki yerə bölünmüş Kipr adasında, həm yunanlar yaşayan hissədə, həm də türklərə məxsus hissədə birgə yaşayışa dair keçirilən referendumda türklər yunanlarla birlikdə yaşamağa “hə” dedikləri halda, yunanlar “yox” cavabı verərək, açıq faşizm nümunəsi göstərərk özlərini biabır etmişdilər.
İndi eyni davranışı ermənilər sərgiləyir. Onlar 9 milyonluq Azərbaycan xalqının, eləcə də 80 milyonluq Türkiyə dövlətinin bu regiondan köçüb gedəsi olmadığını bilə-bilə qəribə bir höcətliklə bu iki qardaş dövlətlə qatı düşmənçiliyi sonsuza qədər sürdürmək əzmindədirlər.
Ermənilər düşünürlər ki, belə etməklə öz təhlükəsizliklərini təmin edə, inkişaf yoluna qədəm qoya bilərlər. Ancaq dünya tarixində qonşu dövlətlərlə müharibə şəraitində ola-ola təhlükəsiz yaşayan və inşkişaf edən dövlət olmayıb. Heç olmayacaq da.
Dağlıq Qarabağ mübahisəsini həll edibmiş kimi danışan Sarkisyan sovet hakimiyyətinin qurulduğu ilk illərdə Naxçıvanın zorla Azərbaycana birləşdirildiyini qeyd edərək deyib ki, bu gün orda bir erməni belə qalmayıb, üstəlik, bu mahalda erməni mədəniyyəti tamamilə məhv edilib.
Bu düşüncənin yiyəsi ilə danışıqlar masası arxasında oturmaq, qarşılıqlı kompromislərə getmək, münaqişə tənzimləmək mümkündürmü? Əsla mümkün deyil.
Belə adamlar yalnız güc qarşısında düz yola gəlir, nəyəsə razılaşırlar.
Bu baxımdan aprel döyüşləri zamanı başını itirən, Moskvaya döyüşlərin dayandırılması üçün yalvar-yaxar edən erməni siyasilərin iyul ayında, artıq təhlükənin bir qədər arxada qalmasından sonra bu dildə danışması təbiidir. Hiss olunur ki, aprel şapalağının izi və ağrısı keçib, artıq yekə-yekə danışmaq, necə güzəştsiz bir mövqedə olduğunu sərbəstcə sərgiləmək olar.
Belə görünür ki, Ermənistanın hərbi qüvvələrini yaxın aylarda aprel zərbəsinə bənzər (bəlkə daha ağır, ya da bir az yüngül) bir zərbəyə məruz qoymaq lazımdır ki, özlərinə gəlsinlər. Yoxsa 3 ay öncəki hadisənin üstündən vaxt keçdikcə onların dili daha uzanır və acı olur.
14.07.2016, 07:22
329 baxış
Xalid Kazımlı
Aprel şilləsinin ağrısı azaldıqca...