Bakıdakı Formula-1 yarışının alman qalibi Niko Rosberq deyib ki, hər şey yaxşı idi, bircə tualetdə növbələr olmasaydı. Deyib gələn dəfə tualet sayını artırın. Gərək biz bunu nəzərə alaq, Yaponiya səfirliyindən xahiş edək, Beyləqanda məktəblilər üçün tikdikləri tualetlərdən Bakıda da tiksinlər.
Ancaq insafən tualet mədəniyyəti sahəsində ölkəmizdə xeyli inkişaf vardır, paytaxtda, həmçinin ölkəmizin başqa ərazilərində son illərdə xeyli dərəcədə təmiz sanitar qovşaqları, tualetlər yaradılmışdır. Bu da uğurlu daxili siyasətin, regionların inkişafı proqramının bir tərkib hissəsidir. Müsbət tualetləri də görməyi bacarmalıyıq, həyat ancaq yerini isladanlardan, şalvarını dolduranlardan ibarət deyil.
Misal üçün, mənim yaşadığım Binəqədi rayonunda icra hakimi Xaləddin müəllim “Təmiz Binəqədi” projesini elan edəndən bəri bütün kanalizasiya suları küçələrimizə axıdılır. Demək olar, yay-qış, gecə-gündüz bu hal təkrar olmaqdadır. Təmirçilər gəlirlər, bir az kanalizasiya lyuklarında qurdalanıb gedirlər, xeyri olmur. Camaat “Azərsu”ya, icra hakimiyyətinə, baş prokurora, ASAN-xidmətin kanalizasiya şöbəsinə, BMT-yə, ABŞ-ın Gürcüstandakı səfirliyinə, NASA-ya, Putinə, AMEA Zoologiya İnstitutuna və başqa səlahiyyətli orqanlara şikayət yazmaqdan bezmişdir, lakin heç bir dəyişiklik mümkün deyildir. Hətta biz fikirləşirik yəqin “Azərsu” rəhbərliyi, o cümlədən idarənin tərkibində yaradılmış, bir az səhv oxusan adamı pis fikirlərə salan “Sukanal” idarəsinin əməkdaşları öz təbii ehtiyaclarını küçəyə edirlər, yəqin buna görə bizim şikayətləri anlamırlar.
Burda bir haşiyə çıxım, “Sukanal” idarəsinin məni necə çaşdırdığını izah edim. Bir-iki il qabaq evə gələndə gördüm qapının ağzında qəbz var, üstündə də yazılıb ki, “sukalar” idarəsinə filan manat filan qəpik borcunuz vardır, tez ödəyin. Çaşdım qaldım, dedim yəqin bizdə kimisə satmaq rəsmən qanuna salınıb, mən də satmadığım üçün borcum yaranıb. (O vaxt polisə ictimai yardım, mülki işçilər qanunu hələ yox idi). Sonra diqqətlə oxuyub bunun “Sukanal” olmasını görmüşdüm. Kanalizasiya idarəsinin adını dəyişib bu cür qoyanlara nə deyəsən?
Bax, indi mən həmin “Azərsu” rəhbərliyindən soruşmaq istərdim ki, madam il uzunu bizim kanalizasiya küçələrimizə axır, uşaqlarımız iylənmiş suların içində oynaşırlar, nəfəs almaq çətinləşir və sairə - bəs bizdən su pulu ilə birgə kanalizasiya xərcləri pulunu niyə alırsınız? Ayıb deyilmi? (Ayıb olmadığını bilirəm, yazının həcmini artırmaq üçün yazdım). Hələ bəs deyilmiş kimi, keçən ay bu işin ödənişlərində də artım etdiniz.
Bir vacib məsələ isə “Azərsu”nun sayğac olmayan evlərə 4 nəfərlik ümumi ödəniş hesablamasıdır. Guya Nazirlər Kabinetinin belə qərarı var. Evdə qeydiyyatda reallıqda 1-2-3 nəfər olsa belə idarə 4 nəfərin pulunu qopardır. Etiraz edənə isə yaşayış yeri arayışını JEK-dən almaq, hər il bunu təzələmək tələbi qoyulur. İnsanlar da “ziyanın yarısı” fəlsəfəsiylə, JEK-in çirkin üzünə rüşvət verməkdənsə əlavə su pulu ödəməyi seçir. Bəlkə də azərbaycanlıların artımına görə “Azərsu”ya borcluyuq. İnsanları iki-üç nəfərlik ailələrini dördnəfərlik etməyə həvəsləndirirlər. Minnətdarıq. Xahiş edərdik hər məhəllədə kanalizasiya sularını yığmaq üçün hovuzlar düzəldilsin, yayda kənarında istirahət edək.
2010-cu ildə Britaniyanın tanınmış qəzeti “Tayms”ın apardığı sosioloji araşdırma sonucunda insanlar “Bəşəriyyətin 10 ən böyük kəşfi” sırasında unitazı ilk onluğa salmışdılar. Birinci yerdə təkər, beşinci sırada kompüter idi, unitaz isə hətta 10-cu yerə çıxan daxili yanma mühərrikini qabaqlayıb 9-cu olmuşdu. Deməyim odur ki, kanalizasiya məsələsinə ciddi yanaşmaq lazımdır.
İndi söz əlaqədar təşkilatlarındır - gəlin siz də küçəmizə “çiş” eləyin. (Çoxdan əlaqədar təşkilatları görmürdünüz, dedim bəlkə darıxarsınız).
23.06.2016, 07:53
331 baxış
Zamin Hacı
İylənmiş yazı