ABŞ tarixinin ən qanlı, çoxqurbanlı qətliamlarından biri olan Orlando teraktının bütün detalları bir yana qalıb, dünya prezidentliyə namizəd Donald Trampın bu hadisədən uduşlu çıxmasından danışır. Hələ qətlin motivləri düz-əməlli bəlli deyil, detalları araşdırılmaqdadır, ancaq siyasi nəticələr ortadadır və yekun qənaət budur: bu cinayəti törədən müsəlmandır və bu, ən çox Trampa sərf edir.
Qədim Romada üstübağlı cinayətləri açmaq üçün adətən belə bir nəzəri sual qoyarmışlar: “Cinayət kimə sərf edir?” (Bu düstur hələ də keçərlidir və işə yarayır).
Bu prizmadan yanaşsaq, onda cinsi azlıqların klubunda törədilən qətliamın izinə düşüb Trampa tərəf getmək olar.
Çünki bundan əvvəl də müsəlmanlara, gəlmələrə qarşı sərt çıxışlar edən Tramp “düzgün mövqe”də olmasına dair tutarlı sübut əldə edib. İndi onun qarşısında durmaq çətindir. Bəlkə bu sübutu o, özü özünə hədiyyə edib?
Güman ki, bunu iddia edənlər tapılacaq. ABŞ demokratiyasını sevməyənlər, ABŞ-ı dünya hegemonu, baş imperialist dövlət sayanlar bu fürsəti qaçırmayacaqlar. Konspirativ nəzəriyyələr həvəskarları artıq gizli bağlılıqlar, inandırıcı motivlər, gözlə görünməyən əlaqələr axtarışındadır.
Bəs gerçəkdən də belə bir şey ola bilərmi? İstisna etmək olmaz. Böyük siyasət böyük oyunlar deməkdir, hər şey ola bilər.
Ancaq əsas məsələ odur ki, belə bir ortam var. Özü də bunu dünyanın bir çox ölkələrində olan Tramp və ona bənzər siyasilər yaradıb. Ayrı-ayrı siyasi dairələr öz dövlətinin, milli ideologiyasının üstün duruma gəlməsi, nüfuz dairəsinin genişlənməsi üçün hər cür qətliamlara, müharibələrə qol qoya bilirlər.
Dünya ikinci böyük faşizm dalğasına hamilədir. Bunun tətikçisi istibdad rejimləridir. Məhz onların ədalətsiz, amansız, yarıtmaz idarəçilikləri üzündən milyonlarla insan öz ölkəsində yaşaya bilmir, xarici ölkələrə səpələnir, ancaq sığındıqları cəmiyyətə adaptasiya olunmaq istəmir, şovinizm müstəvisində birləşirlər. Nəticədə onlara qarşı özünümüdafiə instinktindən doğan faşizm dalğası kükrəyir.
Tramp və onun kimilər millətçi şüarları boş yerə səsləndirmirlər, ictimaiyyətin narahatlığından xəbərdardırlar və o şüarların gurultulu alqışlarla qarşılanacağını bilirlər.
Tərs kimi, bir çox müsəlman ölkələrinin liderləri, eləcə də radikal terrorçu qruplaşmaların liderləri Tramp kimilərin çörəyinə yağ sürtürlər.
Budur, İŞİD qruplaşması cinsi azlıqlarla dolu klubda qırğın törətmiş əfqan əsilli terrorçu Ömər Mətinə sahib çıxır və bu addımı ilə nəinki ABŞ müsəlmanlarını, həm də dünya müsəlmanlarını hədəfə çıxarır.
Əlbəttə, Ömər Mətinin, eləcə də ayrı-ayrı ölkələrdə radikal dini şüarlarla çıxış edərək terror aktı törədənlərin islam ideologiyasına, müsəlmanlara aidiyyatı yoxdur. Dünyada terrora qarşı olan milyonlarla müsəlman var.
Ancaq terrora qarşı olan müsəlmanlar susursa, terroru dəstəkləyənlər boy göstərirsə, törədilən teraktları dəstəkləmə aksiyaları kütləvi hal alırsa, onda vəziyyət dəyişir, elə çıxır ki, müsəlmanların əksəriyyəti terrora tərəfdardır.
Fransada Le Penin, İsveçdə mühafizəkarların, Avstriyada neo-faşistlərin, İngiltərədə, Almaniyada ultra-millətçilərin get-gedə güclənməsi, xalqdan daha çox səs qazanmaları göstərir ki, bir şeylər qaydasında deyil. Belə olduqda həmin qüvvələr xalqın total narahatlığından, məruz qaldıqları basqıdan yararlanaraq, özləri üçün sabit elektoral baza düzəldə bilirlər.
Ona görə də artıq Donald Trampın şansının yüksələn xətt üzrə olması təəccüb doğurmur. Hətta üzü seçkilərə doğru ABŞ-da bənzər olaylar baş versə, Tramp xanım Klintonu çətinlik çəkmədən məğlub edəcək. O, dini ekstremistlərin onun üçün düzəltdikləri tramplindən sıçrayaraq ABŞ prezidenti kreslosuna qona bilər.
Ondan sonrasını təsəvvür etmək üçün geniş təxəyyül lazımdır. Onsuz da xaos yaşanan dünyada elə bir hərc-mərclik yarana bilər ki, qlobal siyasi-iqtisadi, eləcə də humanitar böhranlar yaranar.
Xristian və müsəlman dünyasının ortasından hasar çəkmək mümkün deyil. Bunu etmək mümkün olsa belə, bu hasar yalnız müsəlman dünyasının zərərinə olacaq.
14.06.2016, 07:11
190 baxış
Xalid Kazımlı
Tramp üçün tramplin