Almaniya parlamentinin uydurma erməni soyqırımını tanıması ermənilərə nə verəcək, türklərdən nə alacaq - bu haqda geniş məlumatım yoxdur. Ancaq ümumən bu erməni propaqandasının beş-on fırıldaqçı siyasətçidən, manyak “ziyalı”dan başqa kiməsə xeyir verdiyinə inanmıram. Misal üçün, bu “erməni soyqırımı” Fransada hətta qanun şəklindədir, guya o qəbul ediləndən bəri Türkiyə-Fransa münasibətlərində böyük dəyişiklik olub?
Məncə yox. Dövlətlər arası alver necə vardısa, elə də qalır. Sadəcə, hər belə qətnamə-zad qəbul olunanda Türkiyə səfirini geri çağırır, bir neçə gün havada kəskin bəyanat “quşları” uçuşur, sonra ara sakitləşir.
Yeri gəlmişkən, indi Türkiyənin Almaniyadan geri çağırdığı səfiri Hüseyn Avni Qarslıoğlu 2007-2008-ci illərdə Türkiyənin Azərbaycanda səfiri olub və heç nə ilə yadda qalmayıb. Açığı, mən son günlər onun Almaniya kimi dünyanın önəmli dövlətində Türkiyəni təmsil elədiyini oxuyanda təəccübləndim. Elə səfirin “fəaliyyətinin” sonunda hələ Almaniya Türkiyəyə savaş elan etməyibsə buna sevinmək lazımdır.
Ancaq “ağası gülüm olan...” məsəli də var. Türkiyənin xarici siyasəti indi hansı gündədir ki? Acınacaqlı gündədir. Çavuşoğlu kimi kürü yaxmaclı yapist tərəfdarları qoca dövlətin xarici işlərinə cavabdehdir. Bir ara AKP-çilərin “Kissinceri” sayılan Davudoğlu müəllim “Türkiyənin qonşuları ilə sıfır problem” doktrinası elan etmişdi, guya bunlar yaxşı münasibətlər quracaqdılar. Axırda isə Türkiyəni bütün qonşuları ilə düşmən eləyib siyasətdən getdi.
Hazırda bizim əziz ikinci dövlətimiz demək olar bütün dünya ilə düşməndir. Bunun bəlkə Ərdoğanın qotazlı xarizmasına nəsə xeyri vardır, sadə türk xalqına isə ancaq qan, bəla, zərər gətirir.
Bu yazını yazmağımın əsas səbəbi isə qətnamədən sonra Almaniyaya qarşı aparılan təbliğatın bir yanlış detalı haqdadır. Əslində türklər, o cümlədən Azərbaycandan guya qardaş dəstəyi verənlərimiz “Almaniya yəhudiləri qırıb, bunların uydurma erməni soyqırımından danışmaq haqqı yoxdur” deməklə özlərini tələyə salırlar.
Söhbət ondadır ki, doğrudan da almanlar Holokost (yəhudi soyqırımının beynəlxalq adı) kimi insanlıq tarixinin ən böyük cinayətlərindən birini törətsələr də bunun əvəzini də veriblər, verməkdə davam edirlər. Bir az sinizm kimi görünür, ancaq öncə maddi ödəmələri xatırladım: Almaniya 1952-1964-cü illər arasında İsrailə 3 milyard marka (təxminən 1 milyard dollar) kompensasiya ödəyib. Mal-material, ərzaq və sairə şəklində ödənilən bu vəsait yeni yaranan İsrail dövlətinin formalaşmasında böyük rol oynayıb.
1953-cü ildə Almaniyada yəhudilərə kompensasiya haqda federal qanun qəbul olunub. Həmin qanuna əsasən Holokost qurbanlarının ailə üzvləri də ömürlük pensiya ilə təmin ediliblər, 1999-cu ilin rəqəminə görə bu pensiyanı alan 150 minə yaxın yəhudi həyatda idi. Hər kəsə 450 marka aylıq verilirdi. Ümumən Holokost qurbanlarına ödənən çoxsaylı təqaüd proqramları olub, hamısını burda yazmağa yer yoxdur.
Almaniyada Holokostun inkarının cinayət sayılmasını (5 ilə qədər həbs cəzası), faşizm təbliğatının, hətta adi svastika işarəsinin qadağan edilməsini və sairəni də üstünə gəlsək “Almanlar soyqırımdan danışmasın” söhbətinin yanlışlığı ortaya çıxır. Adamlar ata-babalarının elədiyi, hətta belə baxanda heç özlərinə dəxli olmayan cinayətlərə görə 70 ildir əvəz ödəyirlər, on illərlə parçalanmış xalq kimi yaşadılar, daha nə etməlidirlər? Canilərin bəziləri isə Nürnberq məhkəməsində haqlı cəzalarını alıblar. Müharibədən sonrakı on illər ərzində də hansını harda tutsalar ya həbsə atıblar, ya gizli yəhudi qisasçıları öldürüb. Şəxsi mövqeyim belədir ki, əslində indiki alman xalqını keçmiş alman xalqının cinayətlərinə görə suçlamaq ədalətsizlikdir. Oğul ataya görə cavabdeh ola bilməz, uzağı mənəvi ağrılar çəkər.
Üstəlik, indiki almanları keçmiş almanlara görə suçlayanlar yuxarıda yazdığım kimi, necə deyərlər, “erməni dəyirmanına” su tökürlər: belə çıxır Türkiyə Cümhuriyyəti də Osmanlı imperiyasının hər hansı olmuş və ya olmamış hərəkətinə görə cavabdehdir.
Başqa arqument tapın.
05.06.2016, 07:12
579 baxış
Zamin Hacı
Alman hansı mövzuda danışa bilər