Dedilər ki, bir deputat 28 May - Respublika Günü münasibətilə xalqa təbrik yazıb, dedim, düz eləyib, bu hamımızın bayramıdır. Dedilər, amma deputat səhv salıb, xalqı 28 Mayın 25 illiyi münasibətilə təbrik edib. İnanmadım. And içdilər. Yenə inanmadım. Link göndərdilər. Baxdım ki, göndərilən linkdə elə bir şey yoxdur, olubsa da, silinib.
Ancaq bizim fəallar işlərini ehtiyatlı tuturlar, sosial şəbəkədə hər hansı bir “quşlama” olan kimi skrin-şot edirlər, yəni buraxılmış səhvin şəklini çəkib saxlayırlar ki, sonradan adam dara-bara salmasın, “mənə böhtan atırlar, siyasi fəaliyyətimə görə əleyhimə qara piar aparırlar, mənim elə bir statusum olmayıb” deməsinlər, camaatı məhkəməylə hədələməsinlər, yazılı təkzib tələb etməsinlər.
Xüləs, deputatın sosial şəbəkədəki səhifəsində yazdığı statusun skrin-şot edilmiş mətninin şəklini göndərdilər və məsələ məlum oldu.
Gördüm ki, Kamran Nəbizadə ad-soyadlı deputatın “Kamran Nabizade” adlı facebook hesabından paylaşılan statusunun skrin-şot edilmiş mətninin şəklində eynilə bu cür yazılıb: “Doğma Azərbaycanımızın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə bütün həmvətənlərimi təbrik edirəm. Arzu edirəm ki, Vətənimiz gündən günə çiçəklənsin və daim inkişaf etsin”.
Gördüyünüz kimi, burada “gündən günə” ifadəsində tire işarəsinin olmaması və “daima” əvəzinə “daim” yazılmasından başqa hər hansı bir qrammatik səhv yoxdur. Amma siyasi səhv var. Ona görə ki, mayın 28-də qeyd edilən bayramın 25 illiyi deyildi, 98 illiyi idi. Üstəlik, söhbət dövlət müstəqilliyinin bərpasından yox, Azərbaycan Respublikasının təsis edilməsindən gedirdi.
Belə anlaşılır ki, cənab deputat 28 Mayla 18 Oktyabrı səhv salıb.
Bunu, əlbəttə, texniki səhv saymaq lazımdır. Ancaq düşünəndə ki, bu səhvi edən deputatdır, gəncdir, onu elektorata “savadlı, perspektivli gənc kadr” kimi təqdim edərək seçdiriblər, adam məcbur olur başqa şeylər fikirləşsin.
Jurnalistlər belə yerdə nə edərlər? Əlbəttə, əlavə mənbələr axtararlar, araşdırma apararlar. Son illərdə arayıb-araşdırma məsələləri də adətən elə sosial şəbəkələrdə, internet resurslarında aparılır, daha yeddi adama zəng edib uzun-uzadı xoş-beşlərdən, hal-əhval tutmalardan sonra mətləbə keçmirsən ki, bir filankəs var, onu tanıyırsanmı.
Biz də elə etdik, baş vurduq sosial şəbəkənin ənginliklərinə, Kamran Nəbizadənin səhifəsinə giriş yapdıq, türkün sözü.
Gördük ki, hesabda bir yarısı Anadolu türkcəsində, o biri yarısı Ryazan ruscasında böylə yazılıb: Azerbaycan Milli Meclisi’de Deputat; Vserossiyskaə akademiə vneşney torqovli / Russian Foreign Trade Academy’de Uluslararası finans okudu; University of Houston’da Oil and Gas Fields Management okudu; MQU (Moskovskiy Qosudarstvennıy Universitet im M.V.Lomonosova)’da Gkonomika okudu; 6 şkola -school-Baku’da okudu...
Ay maşallah! Qardaş Moskvada 3, Hyustonda 1 ali məktəb, yaxud da ona bərabər bir şey oxuyub, üstəlik, Bakıda da 6 saylı orta məktəbi, sovet müəllimlərinin sözü ilə desək, müvəffəq qiymətlərlə bitirib.
Belə olan təqdirdə o, nədən 28 May - Respublika günü ilə bağlı elementar şeyləri bilməsin?
Güman ki, onun buna üzrlü səbəbləri var. Sosial şəbəkədə öz təhsili haqqında qeyd etdiyi informasiyalar səhihdirsə, belə görünür ki, Kamran bəy həddi-büluğa çatandan bəri okuya-okuya gedir, Rusiyada o qədər məktəbdə təhsil alıb, bəs etməyib, varıb ABŞ-a, Hyustona gedib, orda da oxuyub.
(Hyuston demişkən, bizim dərs oxuyan vaxtlarımızda Uitni Hyuston adlı bir oxuyan qaraşın qız vardı, Allah tərəfi, yaxşı oxuyurdu, amma bunun mətləbə dəxli yoxdur).
Bu da o deməkdir ki, cənab Nəbizadə əsasən xarici ölkələrdə yetişib-yetkinləşdiyindən bir sıra Azərbaycan həqiqətlərindən xəbərsiz qalıb, 28 Mayın nə günü olduğunu da o üzdən bilmir.
Bəlkə də onu bir az danışdırsaq, məlum olar ki, o, heç 12 dekabrın, 4 iyunun, 15 iyunun, 3 oktyabrın və sair günlərin nəylə əlamətdar olduğunu da bilmir.
Düzdür, deputat olmasaydı, o bu günləri bilmək zorunda deyildi, amma deputat olandan sonra gərək bilsin. Yoxsa elektorat çox kaprizlidir, gələn dəfə onu deputat seçməz.
Qoy bir xeyirxah adam ortaya çıxsın, əlinə bir təqvim alıb deputatın yanına getsin və ölkənin əlamətdar günlərini bir-bir ona öyrətsin.
31.05.2016, 07:17
426 baxış
Samir Sarı
Hyustonda oxuyub, amma 28 Mayın nə günü olduğunu bilmir...