Bakıda sivilizasiyalar arası dialoq, irqçiliyə son qoyulması kimi mövzularda BMT səviyyəsində forum keçirildi. Maraqlı tədbirdir. Xüsusən də, öz xalqı ilə dil tapmaqda çətinlik çəkən, müxalifəti, tənqidçi jurnalistikasını buldozerlə ayaqlayıb keçmiş bir iqtidarın belə tədbirə ev yiyəliyindən lovğalanması qəlbimizi riqqətə gətirir. “Sərhədsiz reportyorlar” qurumu təzəlikcə dünya söz azadlığı indeksini açıqladı, Azərbaycan orda qara rəngdə idi. Bu, söz azadlığının pozulmasında ən axırıncı həddin rəngidir. Nə deyə bilərik. Əliağa Vahid demişkən, biz kimik, məclis onun məclisidir... Elə tədbirin əsas qonağının nəinki Türkiyədə, artıq bütün dünyada jurnalist tutdurmağa girişmiş Ərdoğan olması hər şeyi deyir. Lap o ayrım lətifələrindəki ağsaqqal obrazı kimi bir durum yəni.
İrqçilik demişkən, “Yeni Müsavat”ın əməkdaşı Məhəmməd Türkmənin Bakıda oxuyan nigeriyalı tələbə qızla müsahibəsinin məhz bu forumla eyni vaxta düşməsi rəmzi oldu. Qız deyirdi ki, mənə Bakıda rəngimə görə lağ edirlər. Gərək o qızı foruma dəvət edəydilər, daha rəngarəng olardı. Türkiyədə vegetarian qurumun açılışı münasibətiylə qoyun qurban kəsilməsini görmüş adamlarıq, bizi heç nə heyrətə gətirməz.
Mərdəkanda “Dendrari” adlı bir park var. Bu, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlində yaşamış milyonçu Murtuza Muxtarovun bağında SSRİ vaxtı yaradılmış guya elmi obyektdir. Niyə “guya” yazıram, bu haqda az sonra. Yetərincə gözəl bağdır, içərisində Muxtarovun çox yaraşıqlı, gəmiyə bənzər bir binası da var. Ümumiyyətlə, hiss edilir Muxtarov çox zövqlü adam imiş. Bu zövq onun Bakıdakı məşhur binasından - indiki “Səadət sarayı”ndan da bilinir. Bakını bir vaxt belə adamlar tikirdi, indi kim “tikir” - özünüz nəticə çıxardın, mənim Kürdəxanıya getmək fikrim yoxdur, Mərdəkandan təzə gəlmişəm. Bağın ərazisində bir çox məşhur filmlər də çəkilib. Bunlardan ukraynalıların 1982-ci ildə çəkdiyi “Batterflyayın qayıtması” filmi var, məşhur ukraynalı opera müğənnisi Salome Kruşelnitskaya-nın həyatından bəhs edir. Mövzudan qırağa çıxmaq olmasın, mən bu filmdə qəribə paralel də gördüm: Salome xanım İtaliyada yaşayıb, SSRİ qurulanda geri qayıdıb. Muxtarovun xanımı Liza Tyuqanova isə ərinin bolşeviklərin əliylə 1920-ci ildə qətlindən sonra gizli yolla xaricə qaçıb. Bəzi mənbələrə görə 1970-ci illərdə Almaniyada ölüb. Puççininin “Madam Batterflyay” əsərinin ən yaxşı ifaçılarından olmuş Salomeya xanım haqda filmin başqa nakam gözəlin bağında çəkilməsi yerinə düşüb.
Gələk bağın indiki durumuna. Dendrari 2014-cü ilə qədər AMEA Botanika İnstitutunun obyekti sayılıb, o vaxtdan bəri isə AMEA Dendrologiya İnstitutu adlı müstəqil qurumdur. 2 manat giriş pulu verib bağa girirsən, ancaq iki qəpiklik elmi bilgi ala bilmirsən. Bağ çox bərbad durumdadır, hər yeri dağılıb gedir. Son 16 ildə burda azı 3 dəfə olmuşam, durum ancaq pisə doğru gedir. Ağacların çoxu quruyub, qalanlar da baxımsızdır. Dendrari anlayışından xəbərsiz şəxslər bağa yiyəlik edir. Mən demirəm Britaniya Kral Nəbatat bağı kimi bir şey olsun, ancaq olanı qorumaq da çətin deyildi. Nadir ağaclar, başqa materiklərdən gətirilmə bitkilər ölüb, əvəzində isə... dovşan və göyərçin qəfəslərindən ibarət böyük sahə yaradılıb. Bilmirsən zooparkdır, yoxsa dendrari. Bağdakı tarixi quyu və Yeseninin ev muzeyinin açıq vaxtını hələ görmək qismət olmayıb. O cümlədən, Muxtarovun tikdirdiyi çox gözəl, dairəvi hovuzun qapısı daim qıfıllıdır. Əgər Dendrologiya İnstitutu doğrudan elmi fəaliyyətlə məşğuldursa, o elmin kitab və broşürlərini turistlərə satmaq olmazmı? Direktorun bərbəzəkli otağını təmir etməkdənsə, tarixi quyunun pilləkənlərini düzəltmək olmazdımı? (Bir işçi dedi, guya quyu pilləkənlər çürüdüyü üçün bağlanıb. Hovuzu da “içinə uşaq düşməsin” deyə bağlayıblar. Məncə bağın direktoruna bağlı ayaqqabı geymək olmaz, özünü ağaclardan asa bilər). Tragikomik detallardan biri də guya elmi obyekt olan bir ərazidə hər tərəfə dini hədislərdən şüarlar yazılmasıydı.
27.04.2016, 07:32
210 baxış
Zamin Hacı
Dendrarimizin dərdləri