Jurnalistlər ölkə xaricinə gedəndə bir işləri də müsafir olduqları ölkədəki diaspor təşkilatları ilə görüşmək, onların problemləri ilə maraqlanmaq, təşkilatların həmin ölkədəki səfirliyimizlə münasibətlərinin nə yerdə olduğunu öyrənmək olur.
Əvvəllər (15-20 il qabaq) bu o qədər də aktual məsələ deyildi. Birincisi, ona görə ki, bir çox ölkələrdə həmvətənlərimiz yox idi. İkincisi, olanlar da siyasi fəallar deyildilər, əsasən ticarət-xidmət sahələrində çalışırdılar və ictimai-siyasi həyatla maraqlanmırdılar. Üçüncüsü, diaspor təşkilatlarının vətənə xidmət sahəsində oynaya biləcəyi rolu anlayan, bilən az idi.
Ancaq bədnam qonşularımız öz həyasızlıqları, məkrli siyasətləri ilə bizi də ayıltdılar. Bizimkilər anladılar ki, məsələ adamın özünü bataqlıqdan, qanqallıqdan xilas edib gülüstana, cənnətməkan ölkələrə, firavan həyata çıxarmasında deyil, geridə qalan qohum-qardaş, dost-tanış, eloğlular və həmvətənlər üçün də bir iş görmək lazımdır. İnsan nə qədər eqoist varlıq olsa da, bir gün başa düşür ki, əsl insan bir az da başqalarını, ən azı əzizlərini, yaxınlarını düşünməlidir.
Hazırda yaxın-uzaq ölkələrdə pis-yaxşı diaspor təşkilatlarımız var və yolumuz düşəndə hamısı ilə olmasa da, bir neçə təmsilçisi ilə görüşürük.
Qazaxıstanın paytaxtı Astanada da belə etdik. Öyrəndik ki, Rusiyada, Ukraynada, digər Avropa ölkələrindəki diaspor təşkilatlarımız arasında olan münasibətin təxmini bənzəri Qazaxıstandakı təşkilatlarımızın arasında da var.
Həmvətənlərimizin beynini çulğayan, qəlblərinə hakim kəsilən intriqaların, çəkişmələrin sonu nə vaxt gətəcək, bilən yoxdur. Hamısı bir-biri ilə eyni cür yola getmirlər, eyni cür çəkişirlər, bir-birini eyni cür bəyənmirlər, eyni cür ittiham edirlər. Kimin, hansı tərəfin haqlı olduğunu heç cür bilmək olmur. Adam axırda o fikrə gəlir ki, heç biri haqlı deyil. Çünki ortada vətən söhbəti olandan sonra bütün intriqalar əfsanədir.
Qazaxıstandakı diaspor təşkilatlarımızın arasındakı münasibətlər haqqında az-çox məlumat alandan sonra 1975-ci ildən bəri Astanada yaşayan tarix elmləri doktoru, Tarix və İctimai Elmlər Akademiyasının akademiki Vidadi Salahovla və iş adamı Səyyaf İsmayılovla görüşərkən, açığı, onların bu barədə söz salacağını gözləyirdik. Amma ağsaqqal Vidadi müəllim ustalıqla bu söhbətdən yayındı, evin sirrini evdə saxlamağı üstün tutdu. Səyyaf İsmayılov da həmvətənlərinin dalınca danışmaq istəmədi, eləcə dedi ki, keşkə, biz də ermənilər kimi mütəşəkkil ola bilsəydik...
Azərbaycanın Qazaxıstandakı səfirliyində gənc səfirimiz Rəşad Məmmədovla bu xüsusda da söhbətləşdik. Bizə, dörd jurnalistə olduqca erudisiyalı, vətənpərvər, eləcə də səmimi təsir bağışlayan səfir bu məsələ xüsusunda nikbin olduğunu gizlətmədi. O, diaspor təşkilatları arasındakı münasibətləri etibarlı müstəvidə çözə biləcəyinə dair reseptini açıqladı. Məlum oldu ki, bundan əvvəl Aktauda konsul olarkən o, yerli diaspor təşkilatlarımızın vəhdətini təşkil edə bilib və indi eyni şeyi Astanada və bütün Qazaxıstanda da görmək niyyətindədir.
Rəşad Məmmədov deyir ki, bəzən bir çoxları səfirliyin işinin 95 faizinin icmalçılıqla bağlı olduğunu düşünürlər, amma əksinədir, bu səfirliyin ümumi işinin 5 faizi həcmindədir. Səfirin inamına görə, əsas məsələ diaspor təşkilatları arasında tərəf tutmamaq, ayrı-seçkilik etməmək, yaranması nəzərdə tutulan vahid təşkilata kiminsə rəhbər seçilməsinə təzyiq yolu ilə nail olmamaq, bütün iddialı namizədlərin özlərini göstərməsinə şərait yaratmaqdır.
5 ildən bəri Astanada yaşayan bir həmvətənimizdən öyrəndik ki, əvvəlki səfirin vaxtında vəziyyət xeyli fərqli olub. Səfirliyə pənah gətirən həmvətənlərimiz qapı astanasında qalır, elçiliyimizin bəzi məsul şəxsləri onlara gəlir mənbəyi kimi baxırmışlar. Hətta bəzi soydaşlarımızın biznesinin zorla əlindən alınması təşəbbüsü göstərənlər də olub.
Son hadisələr də göstərdi ki, bu məsələyə barmaqarası baxmaq olmaz. Bizim durumda ölkələrin güclü və effektiv silahlarından biri də xaricdəki diaspor təşkilatlarıdır. Onlar güclü və mütəşəkkil olsalar, həm yaşadıqları ölkələrdə bir-birlərinin problemlərinin həllinə yardımçı olarlar, həm də dar gündə ortaya iradə qoyub ana vətən, ata yurd üçün bir iş görə bilərlər.
Ümid edək ki, səfir Rəşad Məmmədovun diaspor təşkilatlarının vəhdətini təşkil etmək istiqamətində istifadə etdiyi resept onun digər həmkarları tərəfindən də öyrəniləcək və tətbiq ediləcək.
27.04.2016, 07:03
201 baxış
Xalid Kazımlı
Birlik resepti - Astanadakı bizimkilər vəhdətin astanasında