“İlahi, gəlirəm, eşit səsimi,
Kimsəyə ümid yox, sən ovut məni.
Bu nəhəng boşluğa atdım özümü,
Sənə arxayınam, özün tut məni"
(Ramiz Rövşən)
Regionların inkişaf planı da uğurla başa çatmışdır - dünən mən internetdə bir video gördüm, Gədəbəy kəndliləri ata kotan qoşub kartof əkirdilər. Bu, nəinki ekoloji təmiz məhsulun əldə ediləcəyinə işarədir, həm də milli dəyərlərimizə, köhnə el adətlərinə, soy kökümüzə qayıdışdır! Gədəbəydə kotanla, xışla kartof əkilməsini YUNESKO-da irsimiz kimi qeydiyyatdan keçirtməyin vaxtı çatmışdır. Namərd qonşularımız bir də gördün öz adlarına çıxdılar. Tələsin.
Yeri gəlmişkən, keçən ilin axırlarında az qalmışdı ermənilər lavaşı ələ keçirsinlər. Dövlət səviyyəsində, qardaş ölkələrlə birlikdə “Lavaş türkün ortaq mirasıdır!” mövzusunda elmi-kütləvi, siyasi-sosial, sacüstü-oxlovlu konfranslar düzəltdik, bütün dünyaya isbat elədik ki, lavaşın ermənilərə dəxli yoxdur. Nəticədə YUNESKO öz dəftər-kitabında düzəliş elədi, yazdı lavaşı ermənilər də bişirir, ancaq bu, lavaşın erməni kəşfi olması deyildir. Xeyli rahatlaşdıq. Sözümün canı odur ki, gərək milli məsələdə, əxlaqi dəyərlər mövsuzunda daim ayıq-sayıq olasan, yatmayasan. Kotan bizim alətdir!
Uca millətimizin xəbəri olsun, YAP-ın tərkibində dialoq komissiyası da fəaliyyət göstərir, belə mövzular olanda qəti çəkinməyin, müraciət edin, danışın, dərdləşin. İnsan dilləşə, dilləşə... Ardı yadımdan çıxıb.
Bu arada dərs buraxan uşaqların 100 manat cərimə edilməsi, valideynlərinə şallaq vurulması cəzasının ləğvindən xeyli kədərləndik. Nəsə bu ilin qərarları ancaq geri oxunmaq üçün verilir. Arağı kartla satmaq qərarının ömrü cəmi 1 həftə olmuşdu, şagirdləri cərimələmək qərarı isə deyəsən heç tətbiq sevincini yaşamadan qanunlarımızın zibil emalı zavoduna göndərildi. Hər halda, biz cərimələnən bir uşaq belə tanımırıq. Bəlkə cərimə pullarını direktorlar basıb yeyiblər, o üzdən qanun ləğv edilib? İzah etmək çətindir. Niyə tətbiq olundu, niyə ləğv olundu - Azərbaycanda qanunlarla bağlı zəhmətkeşlərə hər hansı izahat verməyə kimsə borclu deyil. İstəsələr bütün məktəbləri bağlayıb otaqları xarici şirkətlərə icarəyə verərlər, səsimiz çıxmaz. Hələ çox adam sevinər: uşağa paltar al, modaya uyğun olaraq repetitor tut (bizdə universitetə girməyin heç bir həyat məqsədi olmur, ancaq “Mamedin qızı girib, sən də girməlisən” prinsipidir), nə bilim, müəllimə “Yeni il” bayramında yolka hədiyyə elə, Novruzda direktora tonqal qala... Bu qədər mənasız xərcdən bir qərarla canımız qurtarar.
Son günlər xaricdə təhsil proqramının ləğvi yönündə hökumətin qərarları, hesab edirəm, elə ümumən təhsilin ləğvi planının tərkib hissəsi, ilkin etapıdır. Əla olardı, vallah. Məktəb bu ölkədə heç kimə lazım olmayan relikt qurumdur. Kor bağırsaq kimi bir şeydir. Haçansa irinləyib səni işə salar, yaxşısı budur vaxtında kəsdir getsin.
Ümumiyyətlə, Azərbaycan həyatın istənilən sferasına münasibətdə boşluqda pərvazlananların ölkəsidir. Boşluq deyərkən burada buddizmin boşluğundan dəm vururam. Bu, elə bir nirvana vəziyyətidir ki, onu gərək Azərbaycanda özün yaşayasan, sözlə təsvir etmək, videosunu çəkib göstərmək mümkün deyildir. Bir örnək göstərim, özünüz baxın.
Dollarla kredit insanları çox incidən sahələrdən biridir. Xüsusən devalvasiyadan sonra dollarla kredit alan nə qədər insan çökdü, həyatı dağıldı, intihar edənlərin sayı-hesabı itdi. Jurnalist bir-iki həftə qabaq bununla bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayevə üz tutdu, Ramiz müəllim aldı görək nə dedi: “Bankların ancaq dollarla kredit təklif etməsi insan hüquqlarına ziddir. Ancaq biz - məhkəmə orqanları bankların daxili işinə qarışa bilmərik”. Sitatın sonu.
Başqa hansı dünya ölkəsində ali məhkəmənin sədri insan hüquqlarının açıq pozulmasına göz yumub bunu “bankların daxili işi” adlandıra bilər? Uca millətimizin övladıdır, ona görə belə deyir. Axı elə biz də “əşşi, yola ver getsin, qanunsuz olanda nə olar” prinsipiylə yaşayırıq.
18.04.2016, 10:00
224 baxış
Zamin Hacı
Kotana qayıdış