İl on iki ay, 7/24 bayraq qeyrəti çəkən patriotlarımızın müvafiq savaşına baxa-baxa özümüzü manqurt sayası hala gəlmişik, əziz həmvətənlər. Ta keçəl olmuşuq və bu yaşla bağlı durum deyil.
Günümüz göy əsgiyə bükülüb (indi kimsə deyəcək, “göy əsgi” demə, bayrağımızın bir rəngi də göydür).
Təsəvvür edin, adam burdan yeddi ölkə basa-basa hansısa xarici ölkəyə, milli idman (istər futbol, istərsə də qeyri-futbol) komandasına azarkeşlik etməyə gedir, təbii ki, özüylə milli bayraq da götürür ki, uğurlu anlarda başının üstünə qaldırıb yelləsin. İntəhası, bayraq davası aparan patriotlar adamın gözünün odunu nə təhər alıb, gözüqıpıq ediblərsə, qol vurulan momentdə adam, futbol şərhçisi Gündüz Abbaszadənin “Fənərbağça”nın qoluna sevinib “qoooooooooooooooooooooooool” deyə çığırması kimi səs çıxarmaq əvəzinə əlindəki bayrağın tərs-avand olub-olmamasını kontrol edir, baxır ki, görsün, qırmızı zolaq aşağıda, yaşıl zolaq yuxarıda deyil ki. Yaxud ola bilər ki, bayrağı qaldıranda aypara simvolu səkkizguşəli ulduzun solunda yox, sağında görünər, biabırçılıq olar. Ona görə də ürəyi vətən eşqi ilə döyünən, millətini təmsil edən komandanın qələbəsini canıyla, qanıyla istəyən adam bütün bunlara diqqət edərkən, bir də baxır ki, hamı qol sevincini yaşayıb qurtarıb, sakitləşib yerində oturub, hətta rəqib komanda hücum keçib qolun əvəzinə çıxmağa çalışır, amma bu hələ bayrağın ora-burasına baxır.
Bəs vətənpərvər azarkeş qol anında milli bayrağın əlində nə cür durmasına fikir verməyərək, türkün sözü, təzahürat yapsa (yəni sevincini izhar eləsə), nə olar? Qırğın düşər. Hər yan kameradır, çəkərlər, adamın bayrağı tərs-avand qaldırdığını əks etdirən şəkilləri sosial şəbəkəyə qoyar, dədəsini dalına şəlləyərlər, onu bayraq qaldırdığına da peşman edərlər, azarkeş olduğuna da.
Uzun sözün kəsəsi, qəzəbli və diqqətli patriotların üzündən idman şousu adama haram olur, bayrağa baxır, qol gedir, qola baxır – bayraq.
Heç bilirsiniz, bayraq davası aparanlar indiyə qədər neçə adamı vətənpərvər olduqlarına peşman ediblər? N qədər. Hətta onların içində üçrəngli bayrağımızın yasaq olduğu sovet dönəmində onu gecəylə aparıb küçə fənərinin dirəyindən asan adamlar da var. Onlar komendant saatının keşiyini çəkən sovet əsgərinin gözündən yayınaraq milli bayrağımızı qaldırmaqdan qorxmurdular, amma indi qorxurlar ki, birdən bayrağı tərs tutarlar, yaxud da ütüsüz, qırışlı olar, onda yaxası bu bayraq qeyrəti çəkən qırışmalların əlində qalar.
Özü də hazırda 7/24 bayraq keşikçiliyi edən bu şəxslər, bilirsinizmi, əsasən kimlərdir? Çoxu müstəqillik davası gedən vaxtlarda partkom, komsomol katibi olan və referendumda SSRİ-nin saxlanmasının (Azərbaycanın rus müstəmləkəsi kimi qalmasının) lehinə xalqın 90 faizinin “səs verməsi”ni təmin edən, milli bayrağımızı “alabəzək əski parçası” adlandıran partokratların züryətləridir. Ataları bayraq düşməniydi, balaları bayraq sevdalısı olublar.
O gün türkiyəli müğənni Hadisənin geydiyi donla bağlı mərəkə də elə bu bayraq sevdalılarının üzündən qopmuşdu. “Hadisənin geydiyi don” deyərkən, heç kəs yanlış anlamasın, Anadolu türkləri don deyərkən alt paltarını nəzərdə tuturlar, biz isə üst geyiminə elə deyirik. Hadisə öz bildiyi donda səhnəyə çıxsaydı, bəlkə də belə hay-küy olmazdı, amma onun biizm bildiyimiz donda görünməsi hadisə olmuşdu. Çünki patriotlarımız o donda qırmızı, göy və narıncı rəngləri bir yerdə görmüşdülər və həşir qopartmışdılar ki, xanım erməni bayrağına bürünüb.
Bayraq keşikçilərinin belə işləri də var. Onlar təkcə öz bayrağımızın əldə doğru-dürüst tutulması işinə nəzarət etmirlər, eyni zamanda düşmən ölkənin bayrağının dost ölkələrdə istifadə olunması qaydalarını da kontrolda saxlayırlar. Təkcə bayrağı yox, əlbəttə. Məsələn, bir erməni gənci (pardon-pardon, gədəsi) hansısa ölkənin futbol klubunda oynayırsa, prinsipcə, o komandanın, hətta o ölkənin düşmən elan edilməsi artıq texniki işdir.
Bir dəfə də yazıq Şakiranı (futbolçu Pikenin həyat və həyət-baca yoldaşı) söyüb-biabır edirdilər ki, nədən əlinə qırmızı-göy-narıncı rəngli bayraq götürüb. Xanımı “erməni köpəyin qızı”, “qancıq haxçix” adlandıranlar da vardı. Axırda oxumuş adamlar yazdı, məlim oldu ki, Şakiranın əlinə götürdüyü bayraq öz ölkəsinin – Kolumbiyanın bayrağıymış.
Beləcə, get-gedə psevdopatritizm mərəzi artır. Epidemiya olmasa yaxşıdır. Allah şəfa versin.
17.04.2016, 11:40
471 baxış
Samir Sarı
Şakiranı haxçıx çıxaranlar və Hadisənin donu