“Məncə, bir saat vay-haray qoparıb ucadan hönkürməyə, 15 dəqiqə də içini çəkməyə gedər, vəssalam. Buna görə də ağıllı adam üçün hər şeydən faydalı budur ki, əlbəttə, əlahəzrət vicdan mane olmasa, özü öz ləyaqəti haqqında aləmə car çəksin. Gördüyünüz kimi, mən elə-belə də edirəm. Yaxşı, gəlin mənim haqqımda tərifləri qurtaraq. Əlbəttə, mən özüm şahid ola bilərəm ki, bu təriflərə tamamilə layiqəm. İndi siz mənə deyin görüm, əmiqızı özünü necə hiss edir?”
(Uilyam Şekspir, “Heç nədən
hay-küy” pyesindən)
Mən bir şeyi anlamadım ki, bəs yalan olmasın, Qarabağın yarısını azad eləmiş AXC hakimiyyətini bu millət niyə bəyənmirdi və 23 ildir “milləti qırırdılar, gündə şəhidlər gəlirdi” demaqogiyası ilə baş-beynimizi aparırdılar?
Görünür, telekanalizasiya böyük qüvvədir. Elçibəyin anası ölsün. O vaxt əlinin altında bir AzTV-dən-zaddan olsaydı bəlkə indiyəcən hakimiyyətdə oturmuşdu, Almurad bəy isə akademik idi.
Əslində AzTV o vaxt da vardı - dünya yaranandan AzTV olmuşdur, hazırda dünya elminin qarşısında duran əsas problem də elə “AzTV, toyuq və yumurtanın hansı qabaqca yaranıbdır” şəklindədir - sadəcə, namərdlər o cür rupordan saz çalmaq üçün yararlandılar, bir də gördülər teleqüllə yüksəkliyi əldən getmişdir.
Nəsə, çox anlaşılmaz camaatdır. Bir rayonu alana vedrə bağlayırdı, bir təpəni alana isə heykəl qoyur. Özü də mən xəbərləri izləyirəm, hamı alınan bir neçə kəndimizdən, möhtəşəm qələbədən, Şuşanın boşalmasından danışır, lakin heç bir maşın karvanı göstərilmir. Bəs niyə bu məcburi köçkünlər geri qayıtmırlar? Əlbəttə, Formula-1 yarışının bitməsini gözləyirik! Xose Alonsoya baxandan sonra İsa bulağına gedəcəyik. Bunlar strateji məsələlərdir, millətimizin düşmənləri başa düşməzlər.
Dünən gördüm, vergilər nazirinin müavini Sahib müəllim (əsl müfəttiş adına malikdir) jurnalistlərə şikayətlənirdi, deyir süpürgəçi vergiləri vaxtında ödəyir, ancaq müğənnilər ödəmirlər. Sitat: “Azərbaycanda vergi sahəsində ən böyük problem vergi mədəniyyətinin olmamasıdır. Şou-biznes nümayəndələri, böyük məbləğ müqabilində toya gedən müğənnilər 50 manat vergi ödəyir. Amma səhər tezdən küçələri süpürən və bunun müqabilində 300 manat məvacib alan süpürgəçi axır qəpiyinədək vergi ödəyir. Ay ərzində 10 toya gedən, yüksək gəlir əldə edən vergi ödəmək istəmir. Xeyir ola?!”
Doğrudan da xeyir ola? Əsas problem budur. Mədəniyyət olmalıdır. Nazirlər, məmur oliqarxlar hamısı bahalı maşınların, villaların vergisini mədəni şəkildə ödəyir, o pullar dövləti, ordumuzu gücləndirir, ancaq müğənnilər ödəmirlər. Ar olsun, başqa bir sözümüz yoxdur. Hərçənd, bizim qanunlara görə vergi ödəməyəndən mədəniyyət gözləmək lazım deyil, tutub içəri salmalısan. Sahib müəllim hələlik yumşaq danışır. Necə deyərlər, vergidə vəziyyət sabit gərgindir. Bu bizim MN mətbuat xidmətinin kəşf elədiyi təzə vəziyyət növüdür. Sabit ağır vəziyyətin bir az yüksək formasıdır.
Dünya ilə Azərbaycanın daha bir fərqini Panama ofşorları haqda beynəlxalq jurnalistika araşdırmasında gördük. Orda çoxlu sənədlər ortaya çıxarılıb, biz də içində olmaqla, bir çox dövlətlərə rəhbərlik edənlərin korrupsiyasından söhbət gedir. Ancaq bircə İslandiyada baş nazir istefa verdi. Çünki maymaq adamdır. Adın korrupsiyada çıxıbsa, lap yaxşı! Adam buna görə istefa verər? Yeri gəlmişkən, baş nazirin istefasından qabaq islandlar da küçəyə çıxıb etiraz mitinqi eləmişdilər. On minlərlə adam çıxmışdı. Xatırladım ki, İslandiya təxminən bizim Gəncənin əhalisi qədər olar. Üç yüz min nəfərdirlər. İslandiyada on minlərlə adam meydana çıxıbsa bu, təxminən bizim Topxana mitinqimiz miqyasda bir şey alınır. Şüar da “Reykyavik bizimdir! Biz vulkan oğlu islandlarıq, Yaşasın Nemət!” imiş.
(Son davamızın “Etibar Məmmədovu” rolunu Zahid Oruca həvalə etməyi təklif edirəm. Milli məsələnin mütləq “Eitbarı” olmalıdır, yoxsa komplekt tam alınmır). Görünür baş nazir qorxub istefa verib.
Araşdırmada adıçəkilən başqa dövlətlərdə - Ukrayna, Panama, Rusiya, Azərbaycanda isə bir kəsin tükü tərpənmədi. Çünki bizim Azərbaycan qüdrətli dövlətdir!
07.04.2016, 07:50
202 baxış
Zamin Hacı
Vergi mədəniyyəti