Həyat çox qəddardır. Təbiət qanunlarına qarşı çıxmaq mümkün deyildir. Mən gözümü açandan Səbayel zonasında bütün mitinq və aksiyaların, ümumiyyətlə, istənilən məqsədlə bir yerə toplaşan üç-dörd nəfərin dağıdılmasında, rayon ərazisindəki yüksəkliklərin ələ keçirilməsində yüksək fəallıq göstərən adam olaraq Kamal müəllimi tanımışam. Axırıncı iş yeri Səbayel rayon polis rəisinin müavini vəzifəsi olan Kamal Vəlişovun bugünlərdə təqaüdə çıxması xəbərini məhz yuxarıda yazdığım metafizik kədərlə oxudum. Hanı dediyim bəy ərənlər? Hanı Nazim Nağıyev? Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı? Hanı Yasamal dağlarının Koroğlusu, Qıpçaq Məliyi, Robin Qudu, canım sənə desin, Roberti polis polkovniki Çingiz Məmmədov? Bəlkə elə azğın düşmənlərin cəbhə xəttində aktivləşməsi də buna görədir - paytaxtı yiyəsiz görüblər?
Hanı Süleyman Nemətov? Onu bilirəm hardadır - Sumqayıtda rəis müavini idi. Təzəlikcə Qubaya rəis göndəriblər. Payızda Quba almaları ağacdan özləri öz ayaqları ilə düşüb yeşiklərə dolacaqdır. Hanı “Şir evdən getdi” filmində Muradik rolunun əvəzsiz ifaçısı, korifey sənətkarlarımızdan İbrahim Ləmbəranski? Niyə ağır cinayətləri yetim qoyub Pirallahı adalarına tənhalığa çəkildi? Bəs Leyla Yunusa növbəti dəfə alma yedizdirmə əməliyyatını kim həyata keçirəcəkdir?
Eh, keçən günlər... Bəlkə də qaytardılar. Şair bu yerdə yaxşı deyibdir:
“Ey xoş ol günlər ki, rüxsarın mənə mənzur idi,
Çeşmi-ümmidim çiraği-vəsldən pürnur idi.
Qürb şövqi afiyətbəxşi-təni-bimar idi,
Vəsl zövqi rahətəfzayi-dili-məhcur idi".
Bəh-bəh... Şair o rahətəfzayi-dili-məhcur sözlərini ki, deyir, həmin yerdə müğənni muğamat oxuyanda mütləq bir ağız “ey dad, ey dad, əman, əman” eləməlidir. Bu, vəziyyətin necə xarab olduğunu mütləq əyani şəkildə göstərməlidir!
Ancaq bütün hallarda Kamal Vəlişovun işdən çıxarılması mənfi haldır. Kim bilir, bəlkə də onu ABŞ işdən çıxartdı. Axı son günlər ABŞ-Azərbaycan münasibətləri təzədən düzəlmişdir və Novruz müəllim twitterdə Con Kerri haqda yazdığı köhnə söyüşləri silib yerinə təriflər doldurur. Vaxtilə Çingiz Məmmədovun ABŞ səfirliyinin işçisi Conatan Henikə dediyi “Qo avey”, yəni “Vızqırt burdan” ifadəsinin qisasını belə aldılar. Amerika gec vurur, güc vurur. Bir az koordinat dəqiq olmayıb, ancaq nə dəxli var, Kamal müəllim də Çingiz müəllim kimi polkovnikdir. Amerikanın belə koordinat səhvləri Əfqanıstanda da tez-tez olurdu, görürdün raket Taliban əvəzinə hospitala düşdü. Hər iki halda ölənlər arasında əfqanlar varsa, nə fərqi?
Rəsmi izahat belədir ki, Kamal Vəlişov təqaüd yaşı çatdığı üçün işdən getmişdir. Ona qalsa Artur müəllim iki dəfə təqaüd yaşını keçib, üçüncü dövrəyə girmək üzrədir, hətta Formula-1-in pilotu Alonso onun tozuna çatmır, deyir, dayan, a qardaş, yanında var... Bu ayrı poeziya idi, səhv girdi bura, fikir verməyin.
Təqaüd yaşı vətənin dar günlərində zəif arqumentdir. Hətta millətin pullarını bankdan çırpışdıran oğlanlar bu dəqiqə həmin pulları orduya yardım fonduna keçirirlər. Vaxtilə Ağdərədə millətin uşaqlarını mühasirəyə salıb qırdıran bacarıqsız, əfəl zabitlər türmədən müraciət yazırlar, deyirlər bizi açın buraxın, gedək vətəni qoruyaq. (Keçəlin suya getmədiyini bilmirlər sanki. Biz bu eksperimenti bir dəfə eləmişik axı. Elə türmədən buraxılan həmin dəstələr sonra Surətə qoşulub yapistlərlə birgə AXC hakimiyyətini yıxmışdılar. İndi yapistlər özlərinə quyu qazarmı?).
Niyə gedirsən axı, Kamal müəllim? Ən azı “Sahil” metrosunun üstündə tikilən binada bir otaq kirayə götürüb gəlib-gedənlərin başına tüpürmək olmazdımı? Yaxud Nizami Gəncəvinin heykəli adına avtomobil dayanacağında “pastovoy” işinə düzəlib xarici qara qüvvələrə məxsus minik avtomobillərini gizlicə cızmaq mümkün deyildimi? Ən bədəbəddə “Fontanlar”dakı Mızdonaldsda ağlayan uşaqların buterbroduna xardal sürtmək işini bacarardı.
Kamal Vəlişovun xatirəsi daim qəlbimizdə yaşayacaqdır. Polkovniklə vidalaşmaq üçün Səbayeldə 3-4 nəfər bir yerə toplaşın, özü də olmasa, ruhu harda olsa gələcək.
05.04.2016, 06:53
391 baxış
Zamin Hacı
Yerin görünəcək, Kamal müəllim